Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) "Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq. "Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”, - deyə Anar Ələkbərov qeyd edib.

Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, bu sərgi Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, Mərkəzdə açılan sərgilərdə fəal təmsil olunduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.

Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib.

"Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”, - deyə heykəltaraş bildirib.

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və "Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.

Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edərək ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərinə görə, sərgilərdə hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbedicilik qatır.

Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş "heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə "Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın"Dubay Ekspo 2020” sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2025-ci il bayram tətil günləri: Novruz, Ramazan və Qurban bayramı tarixləri açıqlandı

14 Mart 2025 00:31see594

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see245

Ağsuda Azərişıq əməkdaşını cərəyan vurub öldürdü

12 Mart 2025 10:06see120

Taksi qiymətləri artacaq?

13 Mart 2025 18:47see118

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see117

“Bu məsələyə mütləq baxılacaq” Mərdəkandakı yumruq davasına görə kimlər cəza alacaq?

12 Mart 2025 11:56see114

Hansı ərəb ölkəsi İranla ABŞ arasında vasitəçilik edir?

12 Mart 2025 18:08see113

Sakinlər bu əyləncə mərkəzindən ŞİKAYƏTÇİDİR VİDEO

12 Mart 2025 09:54see113

Azərbaycanlı tələbələr Türkiyədə təcrübə mübadiləsi keçəcəklər

12 Mart 2025 11:32see111

USAİD “təmizlik” işlərinə başladı

12 Mart 2025 11:24see111

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

12 Mart 2025 10:06see111

Dövlət katibi: Avropa İttifaqı ilə Rusiyaya qarşı sanksiyalar və 300 milyardlıq aktivlərlə bağlı müzakir aparacağıq

12 Mart 2025 18:10see111

Lavrov amerikalı blogerlərə nə dedi?

12 Mart 2025 11:29see110

Səhərlər hansı qidaları yemək olmaz?

12 Mart 2025 22:27see109

İsrail ordusunda bağlama sistemi ləğv olundu

12 Mart 2025 11:29see109

Forumda iştirak etmək üçün Azərbaycana gəldilər Yenilənib

12 Mart 2025 21:29see109

Tesla özü idarə olunan avtomobillər istehsalına başlayacaq

12 Mart 2025 10:46see109

“Nilay” əməliyyat olundu KONKRET

12 Mart 2025 19:38see107

Serbiya BMT də anti Rusiya qətnaməsinə verdiyi səsi geri götürüb

12 Mart 2025 19:32see107

Doğuş verilişə gəlməsə yaxşıdır

12 Mart 2025 09:55see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri