Icma.az
close
up
RU
Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib

Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa İçərişəhərdəki Qoşa Qala meydanında təşkil olunan Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib.

AZƏRTAC xəbər verir ki, xanım Şahzadəyə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, bölgələrə məxsus qədim və müasir xalça nümunələri, eləcə də toxuculuq prosesinin mərhələləri haqqında ətraflı məlumat verilib. O, həmçinin yerli və xarici sənətkarların iştirakı ilə təşkil olunan pavilyonları gəzib, orada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələri ilə tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Mərakeşin xanım Şahzadəsi festival ərazisində qurulan xalça emalı mərkəzi ilə tanış olub. Xüsusi olaraq xalçaların emaldan sonrakı mərhələləri – üstünün yandırılması, yuyulması və qurudulması xanım Şahzadənin diqqətini çəkib. Həmçinin burada qonağa xalçaların hazırlanmasından son emala qədər keçdiyi mərhələlər – yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların vurulması və toxunma prosesi barədə məlumat verilib.

Xanım Şahzadə, eyni zamanda, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təqdim olunan “Zaman” rəqəmsal sərgisi ilə də tanış olub.

Qonağa məlumat verilib ki, açıq havada LED ekranda nümayiş olunan instalyasiya, zəngin ənənələri özündə birləşdirərək, Bakının əsasən orta əsr memarlıq incilərini, həmçinin xattatların göz nuru olan tətbiqi sənət nümunələrini müasir texnologiya vasitəsilə canlandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri