Icma.az
close
up
RU
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” Qərbi Azərbaycan Xronikası

“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” Qərbi Azərbaycan Xronikası

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Mənfur ermənilərin bizə olan nifrətinə görə rayona gedə bilmirdik" adlı veriliş Zənqəzur mahalı, Gorus rayonunun Ağbulaq kənd sakini Kifayət Nəzərovanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərini, kənd həyatını xatırladıb: "Kəpəz dağının ətəyində yerləşən kəndimiz əsrarəngiz təbiətə malik idi. Uşaqlıqda çəmənliklərdə kitab oxuyar, meşəyə, əzgil, armud yığmağa gedər, palıd ağacında yellənərdik. Novruz bayramında babalarımızı, nənələrimizi, böyüklərimizi ziyarətə gedərdik, kosa bəziyərdik, qapılara torba atıb soğqat yığardıq. Ermənilərlə əhatə olunsaq da, hər zaman adət-ənənələrimizi qoruyub saxlayırdıq".

Onun sözlərinə görə, ata babası əslən Gorusun Armudlu kəndindən olub və ermənilər oranı Danzaver adlandırıblar: "1918-ci ildə erməni mənfurları o kəndi zəbt ediblər. Babamgil 1918-ci ildə Qubadlının Göyərabas kəndinə qaçıb, sonra Ağbulaq kəndinə gəliblər. Ana babam həmişə danışardı ki, 1918-ci il müharibəsində biz cavan uşaqlar idik. Njdenin qorşunları gəlib Zaman təpəsi deyilən yerə yayılmışdı. Türklər gəlməsəydi oarada bir azərbaycanlı sağ qalmazdı. Türklər gələndən sonra daşnaklar zərərsizləşdirildi".

Ağbulaq kənd sakini ermənilərin piss niyyətindən, qaçqınlıq illərində etdikləri vəhşilikdən də söz açıb: "1982-ci ildə Heydər Əliyev Nazirlər Kabineti sədrinin müavini seçilən zaman ermənilərin içinə çaxnaşma düşmüşdü: "Onlar o qədər pisniyyətli idilər ki, heç kimin yaxşılığını, iləli getməsini istəmirdilər. 1988-ci ildə kəndimizdə 2 cavan oğlanı qətlə yetirmişdilər. Anama baş çəkməyə gedən qardaşımı atəşə tutmuşdular, güllə çənəsini sıyırıb keçmişdi. 1988-ci ilin sentyabr, oktyabr aylarında camaata xəbərdarlıq ediblər ki, çıxın gedin, sizə pis olacaq. İnsanlar ev-eşiklərini, var-yoxlarını qoyub kəndi tərk etdilər. Aanam, bibilərim, xalalarım Qubadlıda yaşayan bibimin evinə sığındılar. 1992-1993-ci ildə Qubadlı işğal olunan zaman ikinci dəfə qaçqınlıq dövrü yaşadılar və Sumqayıta gəldilər".

K.Nəzərova sonda doğma yurda qayıtmaq istədiyini bildirib: "Quş kimi uçub kəndimizə getmək istəyirəm. Ora ata-baba yurdumuzdur. İnanıram ki, öz yurdumuza, el-obamızaqayıdacağıq. Prezidentimiz İlham Əlyevin dediyi kimi, bizim bayrağımız Zəngəzur mahalında dalğalandığı kimi, bir gün o bayrağımız İrəvanda da dalğalanacaq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 May 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri