Qərbi Azərbaycan Xronikası: Ermənilər Məngük kəndini xarabalığa çeviriblər
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov olub. O, doğulub boya-başa çatdığı Vedi rayonunun Məngük kəndindən söhbət açıb.
Qeyd edib ki, Məngük tarixən Azərbaycan türklərinin yaşadığı qədim kəndlərdən biridir. Bu yaşayış məntəqəsi 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Mənkik, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mənkük kimi, Qafqazın beşverstlik xəritəsində "Mangyuk" formasında qeydə alınıb. Kənd 1905-1907 və 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin hücumlarına məruz qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Məngük sakinləri öz həyatlarını xilas etmək üçün məcburən ata-baba yurdlarını tərk ediblər.
X.Səfərov vurğulayıb ki, indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir neçə il sonra Məngük sakinləri hissə-hissə öz kəndlərinə qayıda biliblər. Lakin SSRİ Nazirlәr Sovetinin "Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Məngükün azərbaycanlı əhalisi yenidən deportasiya olunub.
Müsahibin sözlərinə görə, onun valideynləri də bu deportasiya illərində Məngükü tərk edib Azərbaycana pənah gətiriblər. O vaxt iki əmisi ermənilər tərəfindən qətlə yetirilib. Ümumiyyətlə, öz evindən zorla çıxarılan Qərbi azərbaycanlılar, o cümlədən məngüklülər Azərbaycanın Aran zonasına köçürülüblər. Burada iqlim dəyişməsinə məruz qalan soydaşlarımızın bir çoxu dünyasını dəyişib. Azərbaycanlılar tamam çıxarıldıqdan sonra ermənilər Məngük kəndini xarabalığa çeviriblər. Beləliklə də tarixən azərbaycanlıların yaşadığı daha bir kənd yer üzündən silinib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















