Icma.az
close
up
RU
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 7 ci kitabı çapdan çıxıb

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 7 ci kitabı çapdan çıxıb

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 7-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1995-ci il martın 12-dən iyunun 15-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən bəhs olunur.

1995-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyev Kopenhagendə sosial tərəqqi naminə yüksək səviyyədə ümumdünya görüşündə iştirak edərək Azərbaycan xalqının haqq səsini bir daha dünyaya bəyan edib. Ulu Öndər həmin nitqində BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin kağız üzərində qaldığını bir daha beynəlxalq birliyin diqqətinə çatdıraraq vurğulayıb: “Beynəlxalq birlik münaqişənin həllində müsbət nəticələr əldə etmək üçün öz yüksək nüfuzundan istifadə edib sülh danışıqları prosesinə təsir göstərməlidir”. Ulu Öndərin nitqinin tam mətni bu kitaba daxil edilib.

Nəşrdə, həmçinin ölkəmizdə dövlət çevrilişinə cəhd və onun qarşısının alınması ilə bağlı Ümummilli Liderin 1995-ci il martın 15-də Azərbaycan Televiziyası ilə xalqa müraciətinin, bununla əlaqədar martın 19-da keçirilmiş müşavirədəki nitqinin, habelə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin, o zaman Respublika Günü kimi qeyd olunan 28 May – Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda söylədiyi nitqin mətnləri yer alıb.

Ulu Öndər həmin dövrdə gərgin iş qrafikinə baxmayaraq, ölkənin mədəni mühitini də diqqətdə saxlayırdı. 1995-ci il aprelin 16-da Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsində iştirak etmiş Ümummilli Lider tədbirdən sonra ziyalılarla görüşmüşdü. Həmin görüşdə dahi rəhbər xalqın milli oyanışında, milli ruhunun canlanmasında ziyalıların rolunu xüsusi vurğulayaraq demişdi: “Bilirsiniz, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu da asan bir proses deyil. Çox vaxt tələb edən prosesdir. Yaşadığımız o rejim dövründə bu prosesə təkan vermək çətin idi. Ancaq Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi insanlar öz yaradıcılıqları ilə bu sahədə çox işlər görüblər. Ona görə düşündüm ki, biz müstəqillik qazanmışıq, respublikamız müstəqil dövlətdir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmətlər göstəriblər və bunlar mədəniyyətimizin, ədəbiyyatımızın, şeirimizin içində olubdur”.

Ümummilli Lider 1995-ci il mayın 14-də isə görkəmli Azərbaycan yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illik yubiley gecəsində, habelə həmin il iyunun 10-da böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə iştirak etmişdi. Dahi rəhbərin həmin tədbirlərdəki nitqlərinin mətnləri də kitaba daxil edilib.

Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair müşavirədəki nitqləri, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başqa istiqamətlərinə dair materiallara geniş yer verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri