Icma.az
close
up
RU
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Çoxcildliyin təkrar nəşrinin 5-ci kitabı

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 5-ci kitabı çapdan çıxıb.

Bu kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-dək olan dövrü əhatə edir. Nəşrə Ulu öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib.

Bu kitabda 1994-cü il oktyabrın 4-də müəyyən qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri zaman Ulu öndərin Azərbaycan Televiziyası ilə xalqa müraciəti və bu müraciətdən sonra həmin gün Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısında, oktyabrın 5-də isə Azadlıq meydanında keçirilmiş ümumxalq mitinqlərində söylədiyi geniş nitqlər öz əksini tapıb. Xatırladaq ki, 1994-cü il oktyabrın 4-də Prezident sarayının qarşısındakı mitinqdə Ümummilli lider

Heydər Əliyev demişdi: “Çox məmnunam ki, mənim çağırışıma səs verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplaşdınız. Burada alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub, Azərbaycanın hər yerində küçələrə, meydanlara çıxaraq, öz mənliyini, milli qürurunu, dövlətçiliyini, müstəqilliyini qoruyurlar. Çox sağ olun, minnətdaram.

Atalardan qalmış müdrik məsəl var: el gücü sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır. Sağ olun”.

Həmin dövrdə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin üçüncü ilini yaşayırdı. Bu münasibətlə keçirilmiş iclasda Ulu öndər Heydər Əliyev milli azadlıq ruhunun xalqın daim qəlbində olduğunu, heç bir qüvvənin bu hərəkatın qarşısını ala bilmədiyini vurğulayaraq demişdi: “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları daim ümidlə yaşamışlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovet İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etmək şansı yaranmışdır.

Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir”.

Görkəmli dövlət xadimi Heydər Əliyev Türk dünyasının daha sıx birliyi, həmrəyliyi naminə təşəbbüslər irəli sürür, çağırışlar edirdi. Ulu Öndər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına 1994-cü il 20 oktyabr tarixli müraciətində demişdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Ümidvaram ki, türk xalqlarının növbəti qurultayı bu ülvi arzuya yeni təkan verəcəkdir. Bugünlərdə öz müstəqilliyinin 3-cü ildönümünü qeyd etmiş müstəqil Azərbaycan Cümhuriyyəti türk xalqlarının qardaşlıq ailəsini möhkəmləndirmək üçün əlindən gələni edəcəkdir. Tarixi inkişafın yeni qoluna qədəm qoymuş türk xalqlarının sarsılmaz dostluğunun bundan sonra daha da möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur”.

Azərbaycan xalqının Ümummilli lideri, eyni zamanda, qardaş Türkiyənin respublika, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu sahələrində təcrübəsini yüksək qiymətləndirir, onun dünyadakı nüfuzunu xüsusi vurğulayırdı. 1994-cü ildə Türkiyə Respublikasının istiqlaliyyətinin 71-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edən Ulu öndər Heydər Əliyev demişdi: “Türkiyə Respublikası 71 il içərisində həm siyasi cəhətdən, həm ictimai cəhətdən, həm də iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etmişdir. Türklərin, türk xalqlarının nəyə qadir olduğunu dünyaya bir daha sübut edib, nümayiş etdirib. Bunlar hamısı bizi qəlbən sevindirir. Çünki biz 3 ildir ki, müstəqillik yoluna qədəm qoymuşuq. Müstəqillik yolu ilə gedərkən Türkiyənin təcrübəsindən, 71 il ərzində respublika qurmaq, demokratik cəmiyyət yaratmaq, hüquqi dövlət qurmaq yolunda Türkiyənin əldə etdiyi nailiyyətlərdən və təcrübədən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.

1994-cü il mədəni mühitdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlamətdar olub. Ulu öndər Heydər Əliyev dahi şairlə bağlı respublikada və xaricdə keçirilən tədbirlərdə şəxsən iştirak edir, dərin məzmunlu nitqlər söyləyirdi. Belə tədbirlərdən biri də Türkiyədə Bilkənd Universitetində təşkil edilmişdi. Həmin tədbirdə çıxış edən Ulu öndər dahi şairin 500 illiyinin qeyd edilməsini Türk dünyasının bayramı kimi dəyərləndirərək demişdi: “Bütün Türk dünyasını bu böyük bayram münasibətilə təbrik edirəm.

Xalqlarımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rastlaşmış, özlərinin milliliyini, mənəviyyatını, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxarmışlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər.

Bu sırada xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var. 500 ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb-yaradır, öz mənəviyyatlarını, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, bizim üçün məktəb olmuşdur”.

Xatırladaq ki, Füzulinin yubileyinin UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd edilməsi də Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 5-ci kitabında tanış ola bilər.

Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin dəf edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, daxili və xarici siyasətin başlıca istiqamətləri, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair materiallar verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri