Icma.az
close
up
RU
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 10 cu kitabı

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 10 cu kitabı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 10-cu kitabı çapdan çıxıb.

Bu kitabda yer alan materiallar 1995-ci il noyabrın 29-dan 1996-cı il yanvarın 20-dək olan dövrü əhatə edir. Nəşrdə Ulu öndər Heydər Əliyevin həmin dövrdə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları və digər materiallar toplanıb.

Kitabda Heydər Əliyevin Londonda Adam Smit İnstitutunun təşəbbüsü ilə “Azərbaycanda investisiya imkanları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda geniş nitqinin, beynəlxalq mətbuat orqanlarına müsahibələrinin mətnləri, Fransaya səfəri zamanı keçirdiyi görüş və danışıqlara dair materiallar verilib. 1995-ci il dekabrın 5-də Dünya Bankı Parisdə “Azərbaycan üçün investisiyalar” adlı beynəlxalq konfrans təşkil edib. O zaman konfransda çıxış edən Prezident Heydər Əliyev Azərbaycanın bütün ölkələrlə münasibətlərini müstəqil şəkildə həyata keçirdiyini bildirərək deyib: “Azərbaycan qədim mədəniyyətə, böyük tarixə malik bir respublikadır. Azərbaycan bəşəriyyətin inkişafının bir çox mərhələlərini yaşamış bir diyardır. Azərbaycan xalqı dünya sivilizasiyasına öz layiqli töhfəsini vermiş bir xalqdır. Azərbaycan öz dövlət müstəqilliyini cəmi 4 il bundan əvvəl əldə etmişdir. Bu gün o, dünya birliyinin tamhüquqlu üzvüdür, bütün beynəlxalq təşkilatlara daxildir. Birləşmiş Millətlər Təşkilatının üzvüdür və öz hüquqlarını dünyanın bütün ölkələri ilə, öz qarşılıqlı münasibətlərini müstəqil surətdə, suveren surətdə həyata keçirir”.

Çoxcildliyin bu kitabına 1995-ci ilin dekabrında Ulu öndər Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşünə dair materiallar da daxil edilib. Həmin materiallardan biri də Süleyman Dəmirəl ilə Milli Məclisdə keçirilmiş görüş haqqındadır. Görüşdə Heydər Əliyevin dərin məzmunlu nitqində Süleyman Dəmirələ söylədiyi bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin ifadəsi baxımından da diqqət çəkir: “Siz dediniz ki, Türkiyənin qəlbi Azərbaycanın qəlbi ilə döyünür. Bilirsiniz və yəqin bunu bu gün bir daha hiss edirsiniz ki, Azərbaycanın da qəlbi daim Türkiyənin qəlbi ilə döyünür. Azərbaycanda hər bir vətəndaş Türkiyəyə böyük məhəbbət və sevgi hissi bəsləyir, Türkiyənin yüksəlməsini, Türkiyənin artmasını istəyir, Türkiyənin daha da güclü olmasını istəyir, Türkiyənin daha da inkişaf etməsini istəyir. Böyük sınaqlardan keçən dostluq və qardaşlıq əlaqələri bizi məhz bu yola gətirib çıxarmışdır, bizdə məhz belə məhəbbət və sevgi hissləri yaratmışdır. Bu hisslər heç vaxt sönməyəcəkdir. Bunu söndürmək də mümkün deyildir. Çünki bu, içdən gələn, qəlbdən gələn hisslərdir. Türkiyənin Azərbaycana, onun müstəqillik əldə etməsinə və müstəqillik yolunda ağır sınaqlardan çıxmasına etdiyi köməyə görə Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından Sizə, hörmətli Prezident, Türkiyə Respublikasına, Türkiyə xalqına bir daha öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Türkiyə Respublikası indi yeni müstəqillik əldə etmiş bir çox ölkələr üçün, dövlətlər üçün örnəkdir. Belə dövlətlərdən biri də Azərbaycandır. Biz arzu edirik ki, Türkiyə Respublikası özünün bu mövqelərini həmişə qoruyub saxlasın və həmişə bizim üçün təcrübə mənbəyi olsun. Bizim arzu və istəyimiz bundan ibarətdir ki, Türk dünyası, türkdilli xalqlar, bir kökdən, bir mənşədən olan millətlər daha da yaxınlaşsın, daha da birləşsin, bir-birinə kömək etsin, bir-biri ilə daha da mehriban olsun, bir-birinə yardımçı olsunlar”.

Kitabda Ümummilli lider Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğlunun 60 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışının mətni, Azərbaycan Kinematoqrafçılarının VIII Qurultayına təbrik məktubu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciəti, Yeni il münasibətilə Azərbaycan xalqına təbriki də yer alıb.

Bu cilddə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Prezidentin sədrliyi ilə icra və idarəetmə işlərinin təkmilləşdirilməsinə dair Nazirlər Kabinetinin ilk iclasında giriş və yekun nitqləri verilib. Nəşrə erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başlıca istiqamətlərinə dair digər materiallar da daxil edilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri