Icma.az
close
up
RU
“Heydər Əliyev siyasəti kontekstində gənclər”

“Heydər Əliyev siyasəti kontekstində gənclər”

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Goranboy 2026 - Gənclər Paytaxtı” çərçivəsində 01-02 may 2026-cı il tarixlərdə 40 nəfər goranboylu gəncin iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə Goranboy Opilmiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev siyasəti kontekstində gənclər” adlı gənclər düşərgəsi təşkil edilib.

1 may 2026-cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin abidəsinin, Goranboy Şəhidlər Xatirə Kompleksinin ziyarət olunması və Goranboy rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ilə başlayan Gənclər Düşərgəsinin açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Goranboy Gənclər Evinin direktoru Elçin Əliyev, YAP Goranboy rayon ƏPT sədrləri, partiya fəalları, bir qrup şəhid ailələri, qazilər və düşərgə iştirakçıalrı iştirak ediblər.

Goranboy Olimpiya İdman Kompleksində davam etdirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev və Gənclər” adlı qısametrajlı film nümayiş etdirilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, ölkəmizin müstəqilliyini möhkəmləndirmiş, onu beynəlxalq arenada layiqincə təmsil etmiş dahi liderdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan çətin sınaqlardan çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. Bu siyasətin mərkəzində isə hər zaman insan amili, xüsusilə də gənclər dayanmışdır. Bu siyasətin layiqli davamçısı olan Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev hər zaman gənclərin potensialına yüksək qiymət vermiş, onların dövlət quruculuğunda fəal iştirakını təmin etmək üçün mühüm təşəbbüslərlə çıxış etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, qəbul edilən strateji sənədlər və yaradılan geniş imkanlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xidmət edir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr də gənclərin inkişafına mühüm töhfə verir. Xüsusilə təhsil, mədəniyyət və sosial sahələrdə görülən işlər gənclərin dünyagörüşünün formalaşmasına və cəmiyyətə inteqrasiyasına geniş imkanlar yaradır.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatının məsul əmədaşı Araz Salmanov, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən regional gənclər və idman idarəsinin rəisi Elşən Hüseynov, Goranboy Gənclər Evinin direktoru Elçin Əliyev, YAP Goranboy rayon təşkilatının Təhsil ərazi partiya təşkilatının sədri İlhamə Qasımova bildirdilər ki, Azərbaycan gənclər siyasətinin tarixində mühüm mərhələlərdən biri də Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncamdır. Bu Sərəncama əsasən hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu qərar yalnız Azərbaycan üçün deyil, bütövlükdə MDB məkanı və Şərqi Avropa regionu üçün mühüm və yenilikçi addım idi. Belə ki, Azərbaycan bu təşəbbüslə həmin regionda Gənclər Gününü rəsmi səviyyədə təsis edən və geniş şəkildə qeyd edən ilk ölkə olmuşdur. Tariximiz sübut etdi ki, düzgün istiqamətləndirilmiş gənclik dövlətin ən böyük gücünə çevrilir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin rolu həlledici olmuşdur. Bu da Ümummilli Lider Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən uzaqgörən siyasətinin real nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda ön cəbhəyə gedənlərin böyük əksəriyyətini məhz gənclər təşkil etdi. Onlar yüksək vətənpərvərlik ruhu, cəsarət və fədakarlıq nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünün bərpasında misilsiz xidmətlər göstərdilər. Bu qəhrəmanlıq salnaməsi bir daha göstərdi ki, Heydər Əliyev ideyaları ilə yetişən Azərbaycan gəncliyi istənilən çağırışa cavab verməyə qadir, Vətəninə sadiq və mübariz ruhlu bir nəsildir. Bu gün isə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da möhkəmləndirilir.

Düşərgə iştirakçılarından Şəhid mayor Əlövsət Məmmədovun övladı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Ən Yaxşı Təqdimat” respublika müsabiqəsinin final iştirakçısı çıxış edərək bu cür tədbirlərin gənclərin maariflənməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin inkişafında fəal rol oynamaları baxımından mühüm əhəmiyyət kəsb etdiyini və daim dövlət tərəfindən gənclərin diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdilər.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Düşərgə birinci günündə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə iştirakçılar Goranboy şəhərində fəaliyyət göstərən “MASTER METAL COMPANY” MMC-nin istehsal prosesi ilə tanış oldular. Həmçinin Goranboy Olimpiya İdman Kompleksində davam edən düşərgədə intellektual bilik yarışları, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qrup işləri, komanda oyunları, idman yarışları təşkil olunmuş və bədii gecədə gənclər müxtəlif səhnəciklər hazırlayaraq özfəaliyyətlərini nümayiş etdirmişlər.

Düşərgənin ikinci günündə iştirakçıların Goranboy rayonunda fəaliyyət göstərəb “REGİON AGRO” MMC-yə ekskursiyası təşkil edilərək istehsal prosesi və iş şəraiti ilə tanışlıq həyata keçirildi.

Sonra düşərgə iştirakçıları YAP Goranboy rayon təşkilatı tərəfindən Sertifikat və hədiyyələrlə, təşkilati heyət isə Təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.

Düşərgədə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri