Icma.az
close
up
RU
“Heydər Əliyev və Azərbaycan gəncliyi”

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə əlaqədar əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirib.

YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatı aparatının İdeoloji işlər üzrə məsləhətçisi Məhəmməd Heydərli bildirib ki, bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. 1993- cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə olan diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu ölkə rəhbərimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Hazırda Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir.44 günlük müharibə isə Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətini bütün dünyaya nümayiş etdirdi. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi.

“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Cəmilə Məmmədova, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Dəniz Hüseynov mövzu ətrafında çıxış edərək vurğulayıblar ki, 1996-cı ilin 2 fevralından etibarən hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması,gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi. Ölkə rəhbəri cənab İlham Əliyev gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevirlməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Tədbirin sonunda “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənclərə Fəxri Fərmanlar təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri