Icma.az
close
up
RU
Heydər Əliyev və Azərbaycan gəncliyi

Heydər Əliyev və Azərbaycan gəncliyi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

31yanvar 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının sədriTuran Hüseynov bildirib ki,Azərbaycanın gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin bərpasının ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

Daha sonra çıxış edən natiqlər –YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, partiya fəalları Kifayət Əlisəndərova, Lalə Qarayeva, Səbinə İsgəndərli, Leyla Bayramova və Günay Qədiməliyeva geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki,2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq. Gənclərin gücünə, iradəsinə və liderlik qabiliyyətinə inanaraq, onları cəmiyyətin inkişafında daha fəal iştiraka təşviq etmək hər kəsin borcudur.Bu gün Azərbaycan gəncləri ən qürurlu günlərini yaşayır. Artıq tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib ölkənin vətəndaşı olaraq üzərinə düşən məsuliyyətin böyüklüyünü dərk edərək daha səylə çalışır, uğurlarımızın davamlılığına töhfələri ilə diqqətdədirlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri