Icma.az
close
up
RU
Azərbaycan gəncliyi Heydər Əliyev yoluna sadiqdir

Azərbaycan gəncliyi Heydər Əliyev yoluna sadiqdir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətdir. Bütövlükdə, müasir tariximizin böyük bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyi dönəmində respublikamızı dinamik inkişaf yoluna çıxarmış, milli şüurumuzun oyanmasında müstəsna xidmətlər göstərmiş Ulu Öndərimiz müstəqil Azərbaycanın qurucusudur.

Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın güclü təməlləri atılıb və dövlətçiliyimiz bu təməllər üzərində davamlı olaraq inkişaf edir. Ölkəmizin inkişaf strategiyasının müəllifi olan Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bütün sahələr tərəqqi edib.  Ümummilli Lider Heydər Əliyevin  dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bir faktı xüsusi vurğulamaq zəruridir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Onu da qeyd etmək lazımdır ki, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini səmərəli gənclər siyasəti təşkil edir. Dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsini, o cümlədən sağlam və intellektual inkişafını şərtləndirir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz isə öz növbəsində cəmiyyətin dinamik təbəqəsi kimi çıxış edir və onların səmərəli fəaliyyəti Azərbaycanın davamlı inkişafına əhəmiyyətli töhfələr verir.

Bu gün Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərilir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin milli mənlik şüurunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. 1997-ci il fevralın 1-də isə Ümummilli Lider Heydər Əliyev “2 Fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Eləcə də, 1999-cu ilin iyulunda imzalanan “Dövlət gənclər siyasəti haqqında” fərmanda və bu fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapıb.

Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələblərinə uyğun hərtərəfli inkişafına möhkəm zəmin yaratmış oldu. Həmçinin 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapan müddəalar gənclərin potensialının yüksəldilməsində vacib rol oynayıb. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması isə bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir.

Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi bu sahədə səmərəli nəticələrin əldə olunmasını şərtləndirib.

Ən mühüm məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. 44 günlük  Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu fakt da Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə verdiyi önəmin nəticəsidir. Prezident İlham Əliyev çıxışlarında onun hakimiyyəti dövründə yetişən gənclərin torpaqlarımızı işğaldan azad etdiyini bəyan edib. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən işlər dayanır.

Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə gənclərə böyük inam bəsləyir. Bu gün sağlam və intellektual, o cümlədən milli vətənpərvərlik ruhunda tərbiyə olumuş gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə onların mənsub olduğu xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi və güclü olması deməkdir. Gənclərimiz də öz üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edir, dövlətə, dövlətçiliyə bağlılıq, Vətənə sədaqət nümayiş etdirir və hər zaman Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız  İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirirlər. 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri də  bu reallığı təsdiqlədi. Azərbaycan gəncləri seçkilərdə İlham Əliyevə səs verməklə onun ətrafında sıx birləşdiklərini bir daha nümayiş etdirdilər! Bir sözlə, Azərbaycan gəncliyi Heydər Əliyev yoluna, İlham Əliyevin siyasətinə daim sadiqdir.  Müstəqil Azərbaycan bundan sonra da məhz Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində yeni-yeni nailiyyətlər qazanacaq!

Murad PAŞAYEV

"Yeni Azərbaycan" TV-nin icraçı direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri