Icma.az
close
up
RU
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” FOTOLAR

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” FOTOLAR

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

09 iyun 2026-cı il tarixdə YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 20” ərazi partiya təşkilatında (“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi) “15- iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Kürdəmir Gənclər evində tədbir keçirilmişdir. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “15-iyun Milli Qurtuluş Günü” adlı videoçarx nümayiş olunub.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov məruzə edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev yalnız 1993-cü ilin 15 iyun tarixindən sonra dövlətimizi xilas etmədi, həm də Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunçuluq təmin olundu, iqtisadi inkişafın əsası qoyuldu və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Bu gün ölkəmizin qazandığı bütün uğurların təməlində məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu dayanır. Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı olmuşdur. Ulu Öndər yaxşı anlayırdı ki, hər bir dövlətin gələcəyi onun gənclərinin necə yetişməsindən asılıdır.

O, Azərbaycan gənclərini ölkənin sabahı, dövlətçiliyin dayağı və xalqın ən böyük sərvəti hesab edirdi. Təsadüfi deyil ki, onun məşhur “Gənclər bizim gələcəyimizdir” fikri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Tədbirdə çıxış edən “Bakı prospekti 20” ərazi partiya təşkilatının sədri “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov və Kürdəmir rayon Mürtülü kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Elanora Süleymanova bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərlə bağlı dövlət siyasətinin əsasları yaradıldı. Azərbaycan tarixində ilk dəfə olaraq gənclər siyasəti dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edildi. Gənclərin təhsil alması, vətənpərvərlik ruhunda formalaşması, dövlət idarəçiliyində iştirakının təmin olunması və sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi və bununla da ölkədə gənclər siyasətinin institusional əsasları formalaşdırıldı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri