Icma.az
close
up
RU
“Heydər Əliyev və müasir Azərbaycan”

“Heydər Əliyev və müasir Azərbaycan”

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Aztelekom MMC Cənub Regional Filialı Masallı şöbəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov çıxış edərək dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, Hər bir xalqın tarixində unudulmayan hadisələr çox, dahi şəxsiyyətlər isə az olur. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi fürsətlərdən xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar.

Bənzərsiz ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz bu­raxıb. O, Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyətdir. Ən mühüm məsələlərdən biri də odur ki, SSRİ döv­lət təhlükəsizlik sistemində sıravi işçi­dən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iq­tisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mə­dəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan bütün işləri görmüş­dür.

Eldar Kazımov çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.

Aztelekom MMC Cənub Regional Filialı Masallı şöbəsi ərazi partiya təşkilatının sədri Daşqın Babayev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev elə nadir şəxsiyyət­lərdəndir ki, tarix belə dahilərin əməlləri, fəaliyyətləri ilə yaranır. Böyük tarixi qis­mətdir ki, Heydər Əliyevin ikinci qayıdışı ilə vətən naminə qurub-yaradan və dün­yaya tanıdılmaq fəlsəfəsi olan azərbay­cançılıq dövlətin milli-siyasi məfkurəsinə çevrildi. Onun bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkə­nin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummili lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblə­rimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azər­baycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.

Seminarda iştirak edən Şəfahət Nemətov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri