Icma.az
close
up
RU
Heydər Əliyev Xalqın və Dövlətin nicatı...

Heydər Əliyev Xalqın və Dövlətin nicatı...

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Sovet rejiminin ən güclü vaxtları idi. Qeyri millətlərin, o cümlədən ermənilərin antiazərbaycan nümayəndələrinin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının düşmənlərdən təmizlənməsi və azərbaycanlılaşdırılması kimi son dərəcə çətin və şərəfli işə başlamağa yalnız Heydər Əliyev müdrikliyi və cəsarəti tələb olunurdu.

Eyni zamanda fenomenal şəxsiyyətin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi. Ulu Öndər zərrə qədər tərəddüd etmədən bu istiqamətdə fəaliyyətə başlamaqla ən zəruri addımlar atır, eləcə də, milli əhval-ruhiyyəli vətənpərvər oğulları Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, xalqımızın qeyrətli və cəsur övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alır, milli ziyalı kadrları hər cür təhlükələrdən qoruyurdu. Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı da çətin sınağa çəkmişdir. Bütün sınaqlardan yüksək məharətlə “üzü ağ” çıxan müdrik insan bu sınaqdan da “alnı açıq” çıxmışdır. Ailənin milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb etdiyini və dövlətdəki mühüm rolunu hər zaman vurğulayan, həmçinin onu cəmiyyətin özəyi, ülvi və müqəddəs hisslərin təcəssümü, xalqın mənəvi kamillik səviyyəsinin, milli genefondun saflığının qorunmasının əsas vasitələrindən biri kimi qiymətləndirən, eyni zamanda təhlükəsizlik orqanlarında ləyaqətlə qulluq keçməklə işinə çox bağlı olan Heydər Əliyev dilemma qarşısında qalmışdır. Məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyən cəsarətli insan öz haqlı inadından dönmədi və onun Zərifə xanım ilə müqəddəs ittifaqa – nikaha girməsinə heç kim və heç nə mane ola bilmədi. Buna görə də, Heydər Əliyevin möhkəm mənəvi təməl və ülvi niyyətlər, saf hisslər üzərində yaratdığı ailə modelinə bu gün Azərbaycanda yeni qurulan ailələr böyük rəğbətlə istinad edir. Yerigəlmişkən mərhum akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, zəngin mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Beləliklə, Heydər Əliyevin DTX-da rəhbər vəzifələrdə çalışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyuldu. Eyni zamanda repressiyalara məruz qalan azərbaycanlıların reabilitasiyasına şərait yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə olan ögey münasibət aradan qaldırıldı və onlar müvafiq işlərlə təmin olundu. Azərbaycanın milli ziyalıları və dissidentlər imperiyanın növbəti təzyiqlərindən yaxa qurtardı.

Məlum olduğu kimi, 20-ci əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün, Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Müdrik rəhbər Heydər Əliyev ilk günlərdən məqsədyönlü tədbirlər görərək, hərtərəfli islahatlar həyata keçirərək ölkəmizi qısa müddətdə dirçəltdi və nəticədə Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye respublikasına çevrilərək, bir çox cəhətdən özünü təmin edən və ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri oldu. Vətənpərvər insan Heydər Əliyev paralel şəkildə milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq üçün də ölçüyəgəlməz işlər görürdü. Qətiyyətli şəxsiyyət, Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur. Milli mənəvi dəyərlərə bütün varlığı ilə bağlı olan böyük insan xalqın düşüncələrini, adət-ənənələrini, azadlıq ideyalarını özündə yaşadan Azərbaycan folklorunun, o cümlədən aşıq musiqisinin inkişafını da diqqətində saxlamışdır. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin 1972-ci ildə onun doğulduğu Göyçə mahalında, Bakıda və hətta Moskvada ən yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsi olmuşdur. Bu tədbirlərin keçirilməsində məqsəd aşıq sənətinə və el sənətkarına yüksək dəyər verilməsi ilə yanaşı, Azərbaycanın tarixi sərhədləri, ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları barədə həqiqətləri ictimaiyyətə, yeni nəslə və bütün dünyaya çatdırmaq idi. Azərbaycan xalqının türk mənşəli olması "Kitabi-Dədə Qorqud"da daha əhatəli əks olunduğundan, XX əsrin 20-50-ci illərində sovet ideologiyası dastanın öyrənilməsini qadağan etməklə uzun illər bu abidənin unutdurulmasına çalışsa da, vətənpərvər lider Heydər Əliyev bu qadağanın da aradan qaldırılmasına və dastanın dərindən tədqiqinə normal şəraitin yaradılmasına nail olmuş, nəticədə "Kitabi-Dədə Qorqud"la bağlı çoxsaylı tarixi və ədəbi araşdırmalar aparılmış, bu mövzuda bədii film də çəkilmişdir.

15 iyun 1993-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafa və uğurlara rəvac verdi, bununla da Azərbaycan bütün dünyada söz sahibi olan qüdrətli dövlətə çevrildi.

Fərəhləndirici və qürurvericidir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderimizin Azərbaycanın qüdrətlənməsinə hesablanmış siyasətini zamanın tələblərinə uyğun davam etdirir və ölkəmiz daha da qüdrətlənir, eləcə də əhalinin vəziyyəti hərtərəfli yaxşılaşır. Sözsüz ki, uğurlarımızın əldə edilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti də töhfələr verir.

Göründüyü kimi, Ulu Öndərin ideyaları bu gün də yaşayır və çiçəklənir. Odur ki, xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, müasir Azərbaycanın müəllifi dahi insan Heydər Əliyev daim sonsuz məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il böyük coşqu ilə qeyd olunacaqdır.

Ağdam Hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri