Icma.az
close
up
RU
“Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasında ayrılmaz bağ var” ŞƏRH EDİLDİ

“Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasında ayrılmaz bağ var” ŞƏRH EDİLDİ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Azərbaycanda sabitliyin, həmrəyliyin və milli kimliyin formalaşmasında onun müstəsna rolu olmuşdur. Məhz o, azərbaycançılıq ideologiyasının müəllifi kimi Azərbaycan xalqının milli birliyini və kimliyini müəyyən etmişdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Heydər Əliyev bu gün 30 illiyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyasının banisidir: "Milli Konstitusiyamız Azərbaycanın hüquqi dövlət prinsipini, demokratik dəyərlərini, ərazi bütövlüyünü və suverenliyini təsbit edir. Sevindirici haldır ki, Heydər Əliyevin yaratdığı dövlətçilik əsasları bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına səbəb olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasında birbaşa və ayrılmaz bağ vardır. Biz "müstəqil Azərbaycan" dedikdə Heydər Əliyevi, "Heydər Əliyev" dedikdə isə müstəqil Azərbaycanı düşünürük. Bu gün onun möhkəm təməllər üzərində qurduğu Azərbaycan dövləti inkişaf edir, güclənir və xalqın təhlükəsizliyini, rifahını təmin edir.Ulu Öndərin siyasi fəaliyyətinin ən dəyərli cəhətlərindən biri də onun uzaqgörənliyi və strateji düşüncə tərzidir. O, ölkənin milli maraqlarını regionda və beynəlxalq arenada qorumaq üçün uzunmüddətli, davamlı və praqmatik siyasət müəyyənləşdirmişdir. 1990-cı illərin mürəkkəb tarixi şəraitində Azərbaycanı dağılmaq təhlükəsindən çıxarmaq, dövlət institutlarını qurmaq, iqtisadi sabitliyi bərpa etmək və sosial sarsıntıları aradan qaldırmaq məhz onun siyasi iradəsi hesabına mümkün olmuşdur. Ulu Öndər həmçinin Azərbaycanın enerji strategiyasının müəllifidir. “Əsrin müqaviləsi” adlanan tarixi sənəd təkcə ölkənin iqtisadi inkişafının təməlini qoymadı, həm də Azərbaycanın qlobal enerji xəritəsində mühüm mövqe qazanmasına səbəb oldu. Bu layihə beynəlxalq əməkdaşlığın, regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edərək, sonrakı onilliklərdə dövlət büdcəsinin formalaşmasında həlledici rol oynadı.Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi xüsusi önəm də onun dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir. O, mədəni irsin qorunmasını, ana dilinin inkişafını, tarixi yaddaşın bərpasını dövlət siyasətinin prioritet istiqamətlərinə çevirmişdir. Bu gün Azərbaycan cəmiyyətinin birliyi, həmrəyliyi və güclü milli şüuru həmin siyasətin nəticəsidir.Onun müəyyənləşdirdiyi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionda söz sahibi olan, öz siyasi xətti olan və beynəlxalq arenada müstəqil mövqeyi ilə seçilən dövlətə çevrilmişdir. Ərazi bütövlüyünün tam bərpa olunması isə Heydər Əliyev siyasətinin məntiqi yekunu, onun müəyyən etdiyi dövlətçilik yolunun uğurla tamamlanmasıdır. Bu gün Azərbaycan təkcə regional güc deyil, həm də siyasi, iqtisadi, hərbi və mədəni baxımdan dayanıqlı inkişaf modelinə sahib dövlətdir. Bütün bu nailiyyətlər Heydər Əliyevin qurduğu möhkəm dövlət təməllərinin üzərində yüksəlir və onun ideyalarının zamanın sınağından çıxdığını bir daha təsdiqləyir".

Müəllif: Ziya Hikmətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri