Icma.az
close
up
RU
Heydər Əliyevin Naxçıvan dönəmi Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi oldu ŞƏRH EDİLDİ

Heydər Əliyevin Naxçıvan dönəmi Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi oldu ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"1991-ci ilin 3 sentyabrında Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilməlidir. Həmin dövrdə ölkə dərin siyasi böhran, iqtisadi çətinliklər və separatizm meyilləri ilə üz-üzə idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib

Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyi yeni elan edilmişdi və onun qorunub saxlanması ciddi risklər altında idi. Belə mürəkkəb bir şəraitdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı xalqın inamını gücləndirdi, dövlətçiliyin dayaqlarının möhkəmlənməsi üçün mühüm zəmin yaratdı: "Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri seçildikdən sonra bölgənin sabitləşməsində və Azərbaycanın bütövlüyünün qorunmasında həlledici rol oynadı. Ermənistanın hərbi təcavüzünün ən gərgin vaxtında Naxçıvan əhalisinin mübarizə əzmini gücləndirdi, eyni zamanda dövlət idarəçiliyində qətiyyətli addımlar atdı. Bu, Azərbaycanın digər bölgələri üçün də nümunəvi bir idarəçilik modeli kimi çıxış etdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qəbul edilən qərarlar Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının əsasını qoydu. Məsələn, o dövrdə Azərbaycan Respublikasının dövlət atributlarının üçrəngli bayraq, gerb və himnin bərpası prosesi məhz Naxçıvandan başlandı. Bu, milli kimliyin möhkəmlənməsi və dövlət müstəqilliyinin ideoloji əsaslarının formalaşmasında mühüm tarixi addım idi. Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illər onun yenidən Azərbaycan xalqının siyasi lideri kimi tanınmasına və qəbul edilməsinə zəmin yaratdı. Bu dövr həm də gələcəkdə Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışını və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsini şərtləndirdi.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi sadəcə regional əhəmiyyət daşımırdı, bu hadisə bütövlükdə müasir Azərbaycanın dövlətçilik tarixində strateji dönüş nöqtəsi oldu. Bu qərar Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqda, milli birliyi möhkəmləndirməkdə və dövlət idarəçiliyi ənənələrinin formalaşmasında həlledici rol oynadı".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri