Icma.az
close
up
RU
Heydər Əliyevin anım günü ilə bağlı konfrans keçirilib

Heydər Əliyevin anım günü ilə bağlı konfrans keçirilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Cari ilin 11 dekabr tarixində Səfirlik tərəfindən Qırğızıstan-Türkiyə Manas Universitetində “Heydər Əliyev və Azərbaycanın Zəfəri” adlı konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Manas Universitetinin müəllim-professor heyəti, Qazaxıstanın Qırğız Respublikasındakı (QR) səfiri, Şimali Kipr Türk Cumhuriyyətinin QR-dəkı ticarət nümayəndəsi, Bişkek şəhərinin merinin müavini, Azərbaycan Gənclər Fondunun Bişkekdə ezamiyyətdə olan əməkdaşı, azərbaycan disporunun nümayəndələri və universitetin tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı çıxışlarından ibarət video-rolik nümayiş etdirilib.Konfransı giriş sözü ilə universitetin rektoru Alpaslan Ceylan açaraq, Heydər Əliyevin dünyanın tanınmış dövlət xadimlərindən, türk dünyasının liderlərindən biri olduğunu söyləmiş, onun Türkiyədə çox sevildiyini və xatirəsinin əziz tutulduğunu bildirmişdir. “Bir millət, iki dövlət ” kəlamını isə Azərbaycan ilə Türkiyə xalqları arasında dostluq və qardaşlığın simvoluna çevrildiyini söyləyib. Heydər Əliyev ilə bağlı konfransın Manas universitetində keçirildiyi üçün Azərbaycan Səfirliyinə təşəkkürünü bildirib.Qazaxıstan Səfiri Rafil Coşubayev çıxış edərək, Heydər Əliyevin xatirəsinin Qazaxıstanda da əziz tutulduğunu, onun böyük hörmətlə yad edildiyini və bu günə kimi unudulmadığını söyləyib. O Qazaxıstan XİN-də işlədiyi vaxtlarda Heydər Əliyevin Qazaxıstana səfəri zamanı onu müşayiət etdiyini, onunla qısa söhbətlərini, isti görüşmələrini xoş xatirələrlə yada salaraq bütün bunların onun yaddaşında əbədi həkk olduğunu bildirib.Bişkek şəhər merinin müavini milliyətcə azərbaycanlı olan Ramiz Əliyev çıxış edərək bir azərbaycanlı olaraq xalqımızın Heydər Əliyev kimi dünya səviyyəli lideri olması ilə fəxr etdiyini, Azərbaycan-Qırğızıstan münasibətlərinin təməlinin H.Əliyev tərəfindən qoyulduğunu və onun xatirəsinin qırğız xalqı üçün də əziz olduğunu söyləmişdir.ŞKTC ticarət nümayəndəsi öz çıxışında Heydər Əliyevin türk dünyasının lideri olaraq, türk dünyasının formalaşdırılmasında xidmətlərindən danışmışdır.Azərbaycan Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov çıxışında Azərbaycanda gənclər siyasətinin ideoloji əsaslarının H.Əliyev tərəfindən qoyulduğunu bildirərək, azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətindən həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat vermişdir.Sonda səfir Lətif Qəndilov çıxış edərək, konfransın təşkilində göstərilən dəstək üçün Universitetin rektoruna və tədbir iştirakçılarına təşəkkürlərini bildirmişdir. O, öz çıxışında H.Əliyevin həyatının mühüm məqamlarına toxunaraq, həyatının müxtəlif etaplarında Azərbaycan üçün etdiyi bütün işləri xatırlatdı- Sovet Azərbaycanın dövründə Moskvadakı fəaliyyətini, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının (NMR) işğalının qarşısının onun səyləri nəticəsində alındığını, müstəqil Azərbaycan bayrağının ilk dəfə NMR Ali sovetində onun təşəbbüsü ilə qaldırdılmasını, Azərbaycan Respublikasının parçalanmanın və vətəndaş müharibəsinin qarşısının alınmasında misilsiz əməyi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. L.Qəndilov Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, hərbi quruculuq və ölkəmizin iqtisadi inkişafı haqqında danışaraq Azərbaycanın indiki qələbəsinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı ulu öndərin vəsiyyətinə sadiq qalaraq 44 günlük Vətən Müharibəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edərək ərazi bütövlüyünü təmin etdiyini bildirmişdir (Zəfər Parkının açılışı ilə bağlı video rolik nümayiş etdirilmişdir). Səfir 1998-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında H.Əliyevin əməyi və rolu barədə geniş məlumat vermişdir. O, çıxışını ulu öndərin “Ağacımız kəsilməsin, suyumuz quumasın, ocağımız sönməsin” kəlamı ilə tamamlamışdır.Sonra 9 dekabr 2024-cü ildə Səfirliyin inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün açılış mərasiminə dair video çəkiliş nümayiş etdirilmişdir.Konfrans Qırğız Respublikasının yerli mətbuatı olan “Veçernıy Bişkek” qəzetində geniş işıqlandırılmışdır.12 dekabr ümummilli lider Heydər Əliyevin anım günündə Səfirliyin əməkdaşları Bişkek şəhərində H.Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada olmuş, onun məktəbdəki abidəsi abidəsi önünə çiçəklər qoymuşlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri