Xankəndidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Xankəndidə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
APA xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə Azərbaycan bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illik yubileyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb.
Çıxş edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və Azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.
Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı çıxışlarına dair videoçarx izlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















