Icma.az
close
up
RU
Heydər Əliyevin Əli Xamenei ilə görüşü zamanı söhbəti gündəm oldu

Heydər Əliyevin Əli Xamenei ilə görüşü zamanı söhbəti gündəm oldu

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran-İsrail arasında qarşılıqlı atışmaların davam etdiyi ərəfədə sosial şəbəkələrdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə İranın Ali Rəhbəri Əli Xamenei arasında uzun illər öncə baş tutan görüşdə keçən söhbət paylaşılır.

Tribunainfo.az söhbət sabiq xarici işlər naziri Vilayət Quluyevin xatirələrində yer alıb.
Heydər Əliyevlə İranın Ali Rəhbəri Əli Xamenei arasında uzun illər öncə baş tutan görüşdə keçən söhbəti təqdim edirik:

Xamenei Heydər Əliyevi danışıqlar keçiriləcək zalın qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan dilində sözə başlayıb hal-əhval tutdu. Heydər Əliyev özünəməxsus ərkyanalıqla Xameneinin doğulduğu yerə – Təbriz yaxınlığındakı məşhur Xamnə kəndinə işarə edərək:
– Xamnədə nə var, nə yox? – deyə soruşdu
– Sən Xamnəni də bilirsən? – Xamenei təəccübünü gizlətmədi.
– Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də bu kənd təkcə sizin vətəniniz kimi tanınmır. Azərbaycanın çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin, Axundzadənin adını eşitməmiş olmazsınız.
– Eşitmişəm, – deyə Xamenei həvəssiz cavab verdi.
Heydər Əliyevlə Xamenei arasındakı şəxsi xarakterli söhbət daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa arxasında yerlərini tutdular. Xamenei Azərbaycan Prezidentini fars dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət daşıdığını dedi. Təbii ki, farsca İran rejiminin dövlət dili olduğundan dini rəhbərin bu dildə danışması anlaşılan idi.

Lakin gözləmədiyimiz halda Xamenei nitqinə ara verən kimi yanında əyləşmiş tərcüməçi onun dediklərini çox naşı, qeyri-dəqiq və savadsız şəkildə ruscaya çevirməyə başladı.

Heydər Əliyev “Podojdite!”-deyə elə ilk cümlədən sonra sərt şəkildə onu dayandırdı. Sonra üzünü Xameneiyə tutub dedi:
– Ağayi Xamenei! İki dəqiqə bundan əvvəl biz burada öz ana dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca anlayırdıq. Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin dini rəhbərisiniz. Ona görə də rəsmi danışıqlarınızı fars dilində aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə üçün tərcümə rus dilinə edilir?
– Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir – deyə Xamenei vəziyyətdən çıxmağa çalışdı.
– Ay kişi, – deyə Xameneinin özünü sadəlövhlüyə vurmasından əsəbiləşən Heydər Əliyev kəskin şəkildə sözünə davam etdi:
– Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim Konstitusiyada ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik. Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb.
Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran Azərbaycan bu gün özünün min illik bir tarixə malik doğma dilini bir kənara qoyub rus dilindən istifadə edəcək?
Görüşdən sonra Heydər Əliyev deyir:
– Ağayi Xamenei – dedi – Burada çox məsələlərdən danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə sizin yadınızda qalacaq – xatırlayacaqsınız ki, Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir!”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:496
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri