Icma.az
close
up
RU
Heydər Əliyevin ən sevdiyi musiqi Azərbaycan

Heydər Əliyevin ən sevdiyi musiqi Azərbaycan

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və sevgi heç zaman azalmayıb. Prezidentliyi dövründə belə onu tez-tez teatrlarda, muzeylərdə, bəstəkar, yazıçı və digər mədəniyyət xadimlərinin ev muzeylərində, yubleylərində görmək mümkün idi. Azərbaycan mədəniyyəti ilə iç-içə olan Heydər Əliyevin tez-tez musiqi dinləməsi, musiqiçilərin əhatəsində olması və zaman – zaman sevdiyi mahnıları zümzümə etməsi də xüsusi diqqət çəkirdi. 


Modern.az Ümummilli liderin ən çox sevdiyi musiqiləri araşdırıb. Heydər Əliyevin ən çox sevdiyi musiqilər xalq mahnıları və Tofiq Quliyevin bəstələri olub. Tofiq Quliyevin Nəbi Xəzrinin "Azərbaycan" şeirinə bəstələdiyi eyniadlı mahnı isə Heydər Əliyev üçün əvəzedilməz musiqiyə çevrilib.  Bu sevgi və dəyəri 1997-ci ildə Heydər Əliyev Sarayında keçirilən Tofiq Quliyevin 80 illik yubley mərasimində Ulu öndərin çıxış və xatirələrindən də duymaq mümkündür. 

Yubley tədbirinin sonunda çıxış edən Heydər Əliyev nitqinə bəstəkara yazdığı məktubla başladıqdan sonra Tofiq Quliyevi ad günü münasibətilə təbrik edib. 


“Bugünkü bu mərasim sənin üçün bəlkə azdır. Sən bundan da böyük şöhrətə və hörmətə layiqsən. Azərbaycan xalqı 60 ildir ki, sənin mahnılarının təsiri altında yaşayır. Sənin mahnıların bizim xalqımıza, təkcə bizim xalqımıza yox, bəşəriyyətə, dünyaya böyük töhfədir. Sənin mahnıların, musiqin bizim xalqımıza sevinc gətirir, ilham verir, hər bir insan üçün yaşamağa, yaratmağa güc verir. Musiqi ümumiyyətlə, insan üçün çox əziz olan bir sənət nümunəsidir. Musiqinin hər bir sahəsi həmişə insanlar tərəfindən sevilibdir. Ancaq mahnı, şərqi insanlara daha yaxın olubdur. Opera musiqisini, simfonik musiqini bir çox adamlar qəbul edir, ancaq o hamıya çatmırsa, amma mahnı və xüsusən sənin kimi bəstəkarın mahnıları demək olar ki, insanları - kiçikdən böyüyə qədər, qadını da, kişini də, hamını sevindirir və hamıya təsir edir. Ona görə də mahnı daim yaşayır. Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə can sağlığı arzu edirəm. Sənə yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”.

Təbrikinin ardından Heydər Əliyev Tofiq Quliyevlə bağlı maraqlı xatirələrindən də danışıb. 

“Milli Təhlükəsizlik sistemində çalışırdım. Tez-tez Tofiq Quliyevin təşkil etdiyi caz konsertlərinə gedirdim, bəzən hərbi geyimdə olduğuma görə musiqiçilər məndən çəkinirdi. Hətta onlar mənim gəlişimə başqa cür baxırdılar, elə bilirdilər ki, onları izləmək üçün bura göndəriblər. Əslində isə belə deyildi, caz sənətinə sevgim məni bu konsertləri dinləməyə aparırdı. Sistem işçisi olduğuma görə çox vaxt konsertlərə gələ bilmirdim. Gələndə də çalışırdım ki, eşidə bilmədiyim caz musiqilərini dinləyim. Bir gün kollektivin rəhbəri Tofiq adlı gənci çağırıb, özümü təqdim etdim. Dedim ki, məndən çəkinməyin. Naxçıvanda caz təzə-təzə səslənir, mən caza, caz musiqisinə vurulmuşam. Simfonik musiqinin öz yeri var, caz musiqisi isə bir başqa aləmdir. Hər kəs cazı duyub qavraya bilməz! Həmin Tofiq dediyim gənc bu gün dünya səviyyəsində tanınan, dünyanı sənəti ilə fəth edən Tofiq Quliyevdir. Zərifə xanımın fortopiano arxasına keçib Tofiq Quliyevin «Sənə də qalmaz» mahnısını ifa etməsi hafizəmdən çıxmır, Zərifə xanım bu mahnını özünəməxsus tərzdə ifa edirdi. Mən Tofiq Quliyevi o illərdən tanımışam və onu özüm üçün kəşf etmişəm, Azərbaycana rəhbərlik etdiyim illərdə həmişə sevdiyim bəstəkara diqqət göstərmişəm. Üzeyir Hacıbəyovdan sonra Tofiq Quliyev, maestro Niyazidən sonra Rauf Abdullayevimiz var. Onu da deyim ki, Tofiqin mahnıları o qədər gözəldi ki, hətta mən də yeri gələndə zümzümə edirəm. Tofiq Quliyev Azərbaycan bəstəkarlıq və caz musiqisi məktəbini quranlardan və inkişaf etdirənlərdən biridir. Tofiq Quliyev dünya miqyaslı bəstəkardır, əsərləri dünyanı gəzir. Simfonik əsərləri, suitaları, rapsodiyaları və bəstələri maraqlı, məzmunlu və süjetlidir. Azərbaycan Tofiq Quliyevin əsərlərində daha vüqarlı, qürurlu, qüdrətlidir. Tofiq Quliyevin yaşaması bizim musiqimizin yaşaması deməkdlr. Onun hər bir bəstəsi Azərbaycanı tərənnüm edir və azərbaycançılığımıza xidmət edir. Tofiq Quliyevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı Azərbaycana həsr olunan, onu tərənnüm edən mahnıların tacıdır. Hər dəfə bu mahnıya qulaq asanda azərbaycanlı olmağımla haqlı olaraq fəxr edir, öyünürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri