Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi

Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat sözlərinə belə davam edib: “Ulu Öndər Heydər Əliyev yeganə milli lideridir ki, iki bir-birinə zidd dövrdə Azərbaycana rəhbərlik edib və hər ikisində Azərbaycan xalqına xoşbəxtlik gətirib. Onun fəaliyyəti Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə, xalqımızın da sosial rifahının yüksəlməsinə xidmət etmişdir.

Hələ 1969-cu ildə SSRİ dönəmində Azərbaycana rəhbər seçilən, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev ilk gündən qarşısına belə bir məqsəd qoydu ki, daha bu cür yaşamaq və işləmək olmaz, hər şeyi dəyişmək lazımdır. Çünki o zaman Azərbaycan 15 SSRİ respublikaları içərisində öz sosial-iqtisadi inkişaf səviyyəsinin göstəricilərinə görə aşağıdan ikinci yer tuturdu. Yəni, 13 respublika bizdən qabaqda idi. Məhz Heydər Əliyev o zaman belə bir şüar irəli sürdü ki, “Qoy ədalət zəfər çalsın!”. Bu həm sosial, həm hüquqi ədalət demək idi və hər kəsin əməyinin doğru qiymətləndirilməsi üçün irəli sürülən bir prinsip idi.

Qısa müddət ərzində Ulu Öndərin təşkilatçılığı, siyasi bacarığı və intellekti, səfərbəredici fəaliyyəti nəticəsində Azərbaycan o dövrkü SSRI-NİN geridə qalmış aqrar xammal bazası olan bir ölkədən böyük sənayeyə, elmə, təhsilə, mədəniyyətə və aqrosənaye komplekslərinə malik bir respublikaya çevrildi. Məhz Ulu Öndərin böyük səyləri nəticəsində qısa müddət ərzində Azərbaycanda çoxlu zavodlar tikildi, fabriklər açıldı, sənaye inkişaf etdi, eyni zamanda kənd təsərrüfatı xüsusilə üzümçülük və pambıqçılıq inkişaf etməklə kənd əhalisinin sosial rifahı yüksəldi. Məhz həmin dövrdə mindən çox orta məktəb tikildi, yeni universitetlər açıldı, Bakı şəhəri böyüdü, mikrorayonlar açıldı. Respublikada milyonlarla kvadrat metr insanlar üçün mənzillər tikildi verildi və insanların sosial rifahı yüksəldi.

Heç də təsadüfi deyildir ki, SSRİ dağılan zaman SSRI-nin müsbət iqtisadi saldoya malik iki respublikası vardı: Rusiya bir də Azərbaycan. Qalan respublikaların demək olar ki hamısı SSRİ büdcəsindən dotasiya yaşayırdı.

Müstəqillik dövrümüzdə Heydər Əliyevin təəssüf ki vaxtında qurduğu çiçəklənən respublikadan heç nə qalmamışdı. Ağır bir miras qalmışdı, ölkə dağılmışdı, iqtisadi əlaqələr pozulmuşdu, ölkə humanitar fəlakət səviyyəsində idi, hər yerdə qaçqınlıq, məcburi köçkünlük, dağıntılar, qarşıdurmalar, vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. İqtisadi münasibətlər tam tənəzzül vəziyyətində idi. Həmin dövrdə inflyasiya həddən artıq, 250 faizə çatmışdı. İş yerləri yox idi, insanların müalicə alması üçün, təhsil alması üçün demək olar ki şərait yox idi, işıq yox, qaz yox, yollar dağılmış bərbad vəziyyətdə və belə bir şəraitdə həm də dövlət də tamamilə dağılmışdı, dövlət hakimiyyəti qurmaq lazım idi.

Qısa müddət ərzində bütün qüvvələri Ümummilli lider 1993-cü ildən 1996-cı ilə qədər səfərbər edə bildi. 1996-cı ildə Azərbaycanda iqtisadi tənəzzül dayandı və iqtisadi sabitləşmə başladı. 1998-ci ildən isə Azərbaycanın iqtisadi inkişafının yeni dövrü məhz Heydər Əliyev dövrü, daha sonra isə İlham Əliyev dövrü başladı. Həmin dövrdə Azərbaycanda dərin islahatlar baş tutdu. Torpaq, əmlak və sosial islahatlar aparıldı. Sosial islahatlarda Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi. Heydər Əliyev həmişə söylərdi ki, “Dövlət xalq üçündür, xalq dövlət üçün deyil”. Yəni dövlətin bütün iqtisadi resursları və maddi sərvətləri xalqın arasında ədalətli bölünməlidir. Həmin dövrdə qəbul olunan bir sıra qanunlar bizim bugünkü müstəqil Azərbaycanın sosial siyasətini müəyyən edən istiqamətlər oldu.

Pensiyaların və əməkhaqlarının artırılması, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin sosial rifahının qorunub saxlanılması istiqamətində ümummilli liderin olduqca böyük işləri vardı. Həmin siyasət cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və indi Azərbaycan dünyanın sosial rifah dövlətlərindən biridir. Bizim hər il pensiya, əməkhaqqı və müavinətlərimiz artır. 2019-cü ildən bəri cənab Prezident tərəfindən 4 dərin sosial islahatlar zərfi qəbul olunub və hər il bu islahatlar zərfini həyata keçirmək üçün dövlət büdcəsindən əlavə 7 milyard vəsait ayrılır. Gələn ilin dövlət büdcəsində təxminən 17 milyard manat məhz sosial yönümlü xərclərə vəsait ayrılması nəzərdə tutulub. Bu ümumi büdcəmizin 41 faizinu təşkil edir. Bütün bunlar hamısı Azərbaycan xalqı üçündür. Bu xidmətlərinə görə Azərbaycan xalqı Heydər Əliyevi sevir, onun xatirəsini əziz tutur. Heydər Əliyev özü də dediyi kimi, “Nə qədər Azərbaycan xalqı var, Azərbaycan var, Heydər Əliyev də var olacaqdır”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri