Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Heydər Əliyevin etibar etdiyi mühəndis Teymur Mirzəyev KİMDİR...

Heydər Əliyevin etibar etdiyi mühəndis Teymur Mirzəyev KİMDİR...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu ay tanınmış mühəndis Teymur Mirzəyevin anadan olmasının 98 ili tamam olur.

Modern.az xatırladır ki, Mirzəyev Teymur İsmayıl oğlu 1927-ci il avqustun 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

Atası Gəncə şəhərində bəy nəslindən olma, savadlı, müəllim vəzifəsində çalışan Mirzoyev İsmayıl Həbil oğlu Sank-Peterburq universitetində müəllimlik fakültəsini bitirib.

1937-1938-ci illər ərzində Sovet hökümətiinin repressiya qurbanı olub. İsmayıl bəyin ailəsi 1959-1960-cı illərdə bəraət qazanıb. Anası Şöhlə xanım Cabbar qızı bəy nəslindən olmuş,ali təhsil almamasına və bəy nəslindən olmasına baxmayaraq savadıyla öz həyat yoldaşına dəstək olmuşdur.

Mirzoyev Teymur İsmayıl Gəncə şəhərində orta məktəbi fərqlənmə ilə bitirmiş və 1948-ci ildə Bakı Dövlət Universitetinin mühəndislik fakültəsinə daxil olmuşdur. Teymur bəyin atası repressiya qurbanı olduğu üçün təhsil aldığı müddət ərzində hökümət tərəfindən universitetdən iki dəfə xaric edilmişdir. Bu olanlar Teymur bəyin təhsili davam etdirməsinə maneə ola bilməmiş və o 1954-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diploma ilə bitirmişdir. 1954-cü ildə ailə həyatı qurmuşdur. 1954-1955-ci illərdə Teymur bəy,təyinatla indiki Çeçen Respublikasının Qroznı şəhərinə öz ixtisası üzrə texniki işçi kimi fəaliyyətə başlamışdır.Daha sonra əmək fəaliyyətinə mühəndis kimi davam etmişdir. Teymur bəy 1960-ci ildə N.S.Xruşov (SSRİ Ali Sovetin sədri, Mərkəzi Komitənin katibi) tərəfindən ailəsinə bəraət verildikdən sonra Kommunist Partiyasının üzvü olmuş və daha sonra isə rəhbərlik etməyə başlamışdır.1962-1963-cü illərdə gənc yaşlarında SSRİ neft və qaz sənayesinin tikintisi nazirliyinin (indiki Sanqaçal neft şirkəti) tabeliyində olan idarəsində mühəndis kimi çalışmaya başlamışdır. O çalışdığı müddətdə hətta aparıcı mühəndis vəzifəsindən rəhbər vəzifəsinə yüksəlmişdir və fəal işçi olduğu üçün  nazirliyin əmri ilə  1966-ci ildə Rostov şəhərində yerləşən Cənub neft-qaz kəmərinin çəkilməsi idarəsinin rəisi təyin olunmuşdur. Fəaliyyətdə olduğu dövrdə Azərbaycan, Gürcüstan, İran, İraq və Qafqaz regionlarında neft qaz kəmərlərinin çəkilməsində iştirak etmişdir.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edən müddətdə Azərbaycanın intibah dövrü başlamışdır. Heydər Əliyev bu dövrdə Azərbaycanda ehtiyac olan çatışmamazlıqları arada qaldırmağa başlamış və ölkədə boru kəməri nəqliyyatı neft və təbii qazın hasilatı eyni zamanda nəqli ilə bağlı mühüm inkişafa nail olmuşdur.

Bununla bərabər, Bakı şəhərinə su çəkilməsi üçün mövcud tədbirlər görərək, SSRİ neft və qaz sənayesinin tikintisi nazirliyinə müraciət etmişdir. Və onun tikintisini burada həyata keçirmək üçün 1970-ci ildə Bakı şəhərinə nazirlyin tabeliyində olan cənub neft qaz sənaye tikintisi idarəsinin rəisi Mirzoyev Teymur İsmayıl oğlunu görüş üçün dəvət etmiş və görüş keçirmişdir.

Görüş zamanı Bakı şəhərinə su çəkilməsi layihəsi üzrə müzakirələr aparılmışdır. Bakı şəhərinə su çəkilməsi üçün Kürün Abşerona gətirilməsinə ehtiyac var idi. Bu da Heydər Əliyevin göstərişi ilə  Mirzoyev Teymur sayəsində əldə olunmuşdur. Teymur bəyin 10.09.1970-ci ildə Sosialist Sumqayıt qəzetinə verdiyi müsahibədə bildirir ki,Kür- Abşeron su kəmərinin çəkilməsi layihəsi həm çətin ,həm də şərəfli və məsuliyyətli işdir. Kollektivin üzvləri kiçik Talış kəndi ilə Bakı arasında uzanan bəzi yerlərdə dərə və dağ keçidlərindən ibarət  olan sahədə xeyli çətinliklərlə rastlaşmışdırlar. Bütün bu çətinlikləri idarənin kollektivi müvəffəqiyyətlə aradan qaldırmış və su kəmərinin 1-ci növbəsini istifadəyə verilməyə başlanmış və su təmizləmə qurğuları ilə ayrı- ayrı hissələri ilk sınaqdan keçirmişdilər. (İstinad 10.09.1970-ci il Sosialist Sumqayıt qəzetinə müsahibə)

27.09.1970-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən fədakar əməyi və Kür-Abşeron su kəmərinin 1-ci növbəsinin çəkilməsinin müvəffəqiyyətlə başa çatdırılmasına görə 390 nömrəli fərmanla mükafatlandırılmışdır.

Kür-Abşeron su kəmərinin çəkilməsi qurtardıqdan sonra Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycan neft-qaz,su kəmərləri borularının tikintisi idarəsinin Bakı şəhərində yerləşməsinə nail olmuş və Teymur bəyi bu idarəyə rəhbər təyin etmişdir.İdarə Azərbaycanda fəaliyyətə başladığı andan etibarən böyük layihələrdə: Bakı-Batumi neft-qaz kəməri, Bakı-Yevlax-Xankəndi qaz kəməri,Bakı-İran-Naxçıvan qaz boru kəməri və digər boru ilə əlaqədar layihələrdə iştirak etmişdir.1970-1974-cü illərdə Heydər Əliyevin təşəbbüsü ilə Yevlax-Gorus-Naxçıvan magistral qaz boru kəmərləri çəkilmişdir.

Bu kəmərin çəkilməsində əsas məqsəd Naxçıvanı qazla təmin etmək idi.Ümumiyyətlə bu boruların çəkilməsində SSRİ texnikalarından başqa Azərbaycana bəzi xarici ölkələrin (Yaponiya,Avqopa) yüksək keyfiyyətli texnikaları cəlb olunmuşdur.Misal üçün Katirpiller şirkətinin traktorları, Volvo ekskavatorları, Range Rover avtomobillərinin texnikaları istifadə olunmuşdur.1970-ci illər ərzində bu idarənin xüsusilə də Teymur bəyin Azərbaycanın bütün bölgələrində (Ağdaş, Qəbələ,Şəki,Balakən,Zaqatala) mavi yanacağın çəkilməsində rolu böyük olmuşdur.Eyni zamanda indiki Göygöl rayonu Gəncə ətrafı boru ilə Kəlbəcərə tərəf qaz kəməri çəkilmişdir. 1976-ci ildə Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycanın Əli Bayramlı şəhərində böyük layihələrdən biri Kalmaz qaz anbarı tikintisi Teymur bəyin rəhbərliyi ilə tamamlanmışdır.

13.09.1976-ci ildə Azərbaycan Dövləti tərəfindən onun fəaliyyəti qiymətləndirilmiş və Ali Sovet Rəyasəti heyəti tərəfindən 147 nömrəli fəxri fərmana layiq görülmüşdür. 1977-ci ildə ad günü münasibəti ilə cənub neft- qaz kəmərləri idarəsi tərəfindən mükafatlandırılmışdır. Teymur bəy 1970-1980-ci illərdə keçirilən  28-29-30 -cu Azərbaycan Kommunist Partiya qurultaylarının nümayəndəsi seçilmişdir.1980-ci illərdə artıq bu idarə fəal fəaliyyət göstərmiş və müxtəlif mühüm neft layihələrində iştirak etmişdir.1980-ci ilin sentyabr ayında Teymur bəyə və rəhbərlik etdiyi idarəyə dövlət tərəfindən fəxri təşəkkürnamə verilmişdir.

Mirzoyev Teymur İsmayıl oğlu 1984-cü il iyun ayının 16-da vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see353

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see214

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see213

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see211

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see179

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see176

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see169

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see169

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see166

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see165

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri