Heydər Əsədov vətəndaşların problemlərini dinlədi Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının qərargahında növbəti vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı deputat müxtəlif əhali və iş qrupundan olan vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən problemlər və təkliflərlə tanış olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kreditlərin ödənilməsi və s. ilə bağlı olub.
Görüş zamanı vətəndaşların, xüsusilə də şəhid və qazi ailələrinin qaldırdığı məsələlərin bir qismi yerindəcə həll edilib, maddi yardımlar və köməkliklər göstərilib.
Həlli tələb edilən məsələlər isə aidiyyəti qurumlarla müzakirə üçün qeydiyyata alınıb.
Qəbuldan sonra isə millət vəkili bir neçə şəhid ailəsini ziyarət edib, onların sosial və digər qayğıları ilə maraqlanıb, həmçinin ehtiyaclarının ödənilməsi üçün müvafiq yardımlar edib.
Deputatın vətəndaş qəbulları davam etdiriləcək.








Baxış sayı:94
Bu xəbər 03 Noyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















