Icma.az
close
up
RU
Heydərbabaya salam ın 71 və 72 ci bəndləri Pezeşkianın bu çıxışı tarixdə qalacaq

Heydərbabaya salam ın 71 və 72 ci bəndləri Pezeşkianın bu çıxışı tarixdə qalacaq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən hamı İran prezidenti Məsud Pezeşkianın Bakıda "Heydərbabaya salam" poemasından səsləndirdiyi bir parçanı sevə-sevə paylaşdı. Amma onun həmin iki bəndi nə qədər həyəcanlı və qorxa-qorxa dediyini bir Allahı bildi, bir də özü. Sələflərinin taleyini də nəzərə alıb, dedi! Qardaşının yanında ürəklənib, deməyi bacardı! Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması Amerikada fırtınaya səbəb ola bilirmiş. Buna "kəpənək effekti" deyilir. Məhəmmədhüseyn Şəhriyarın yazmış olduğu bu şeir də İran liderinin dilində nə qədər sakit səsləndisə, bir o qədər də qəlbinin dərinliklərində fırtına qopardı...

Pezeşkian Bakıya 120 nəfərlik nümayəndə heyəti ilə gəlmişdi axı. Hamısının üzündə "bolşe zəhrimara"! Əllərində olsa, onu Araz çayının bir qaşıq suyunda boğardılar. Əlqərəz, İran lideri şeiri səsləndirdikcə, əzbər bildiyim həmin poemanı yenidən xatırladım. Elə bildim ki, imtahan verirəm. Tez yadıma saldım: 1954-cü ildə yazılıb, iki hissədən ibarətdir, Şəhriyarın uşaqlıq illərindən və Təbriz yaxınlığındakı Xoşginab kəndi ilə bağlı xatirələrindən bəhs edir. Heydərbaba kəndə baxan kiçik dağın adıdır, poema 125 bənddən ibarətdir...

Pezeşkian isə o boyda poemanın sadəcə 71 bə 72-ci bəndlərini səsləndirdi. Fəqət, niyə? Səbəb isə bəllidir: Prezident də olsa, açıq-aşkar deyə bilmədiyi illərin dərdini qardaşına şeirlə çatdırır, üsyanını nəzmlə bildirir. Təbii ki, buna hər rəngdə siyasi don geyindirmək də olardı, amma bu, daha çox xalqları bir-birinə bağlayan mədəni bir məsələdir ki, bizdən başqa heç kim fərqinə varmır.

Onsuz da bizim şeirlərimizdə verdiyimiz sətiraltı mənaları vaxtilə nə SSRİ başa düşdü, nə də indi farslar anlayır. Yoxsa onlar Xəlil Rza Ulutürkün Moskvadakı Lefortovo zindanında yazdığı "Azadlıq həsrətini" başa düşdülər, ya da Şimalla Cənubun həsrətinə həmdərd olan "Ayrılıq" mahnısını anladılar? Həmin iki bənd də o nümunələrdəndir: 


Bir uçaydım bu çırpınan yelinən, 

Bağlaşaydım dağdan aşan selinən 

Ağlaşaydım uzaq düşən elinən...

Bir görəydim, ayrılığı kim saldı? 

Ölkəmizdə kim qırıldı, kim qaldı? 

Mən sənintək dağa saldım nəfəsi, 

Sən də qaytar, göylərə sal bu səsi!

Bayquşun da dar olmasın qəfəsi, 

Burda bir şir darda qalıb, bağırır

Mürüvvətsiz insanları çağırır...

Hər misrası bir açıqlama, analiz tələb edən bu iki bəndi molla rejimi yüz il də qalsa, idrak etməzlər. Onlar üçün bu, sıradan bir söz yığınıdır. Və tarixə düşəcək bu çıxışı Pezeşkianın hər zamankı şeir sevdasıdır deyib, üstündən keçəcəklər. 


Amma bilməyənlər üçün ərz edim: 

Şair burada vətən həsrətini, ayrılığın acısını və azadlıq istəyini ifadə edir. İlk misralardan başlayaraq, təbiət obrazlarından istifadə edərək, uçmaq, bağlaşmaq, ağlaşmaq kimi ifadələrlə öz içindəki yanğı və nisgili vurğulayır. 

"Bir görəydim, ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı?" misralarında isə ayrılığın səbəbini sorğulayır, bu ayrılığın kim tərəfindən yaradıldığını bilmək istəyir. Yəni, Rusiya İmperiyası ilə Qacar İranının bir xalqı məcbur, qılınc gücünə ikiyə böldüyünü oxuyucuya çatdırır.

Şair nəfəsini dağlara salmaqla, bu səsi göylərə çatdırmaqla, bir haray çəkmək və onun çağırışının eşidilməsini istəyir. "Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıb, bağırır" misralarında isə azadlığın məhdudlaşdırılmasını tənqid edir. Şir azadlığın rəmzi kimi təqdim olunur və onun dar vəziyyətdə olması zülm və əsarət simvolu kimi göstərilir.

Ümumilikdə isə Şəhriyar poemada ayrılıq, azadlıq və ədalət mövzularını poetik bir dillə ifadə edərək, insanları bu mövzular üzərində düşünməyə çağırır. Pezeşkian da məhz sözügedən bəndləri seçərək, fikrini çadırmış oldu.

Lakin o taydan bu taya axın edən hayqırtılar molla rejiminin bir qulağından girir, digərindən çıxır. Farslar tarixi Azərbaycan ərazilərini baxımsız, boynubükük saxlasa da, reallığı gizlədə bilməyərək oranı Şərqi Azərbaycan adlandırırlar. Buna görə də həmin ərazilərə bir rial belə ayrılmır. Bəlkə də onlar ermənilərin Qarabağla bağlı düşündükləri kimi, bir gün gedəcəklərini fikirləşirlər...

Çünki ermənilər də işğal etdikləri torpaqlara nəinki bir dram sərmayə qoymadılar, həm də Qarabağ və ətraf rayonları meşələrinə, daşlarına, təbii sərvətlərinə qədər taladılar. Farslar isə Urmiyanı qurudur, Təbrizi öz taleyinə tərk edib. Yadımdadır, həmin ərazilərdə zəlzələ olanda da Azərbaycanın yardım göndərməsinə icazə verilməmişdi. Molla rejimi hələ 1994-cü ildə mərhum prezidentimiz Heydər Əliyevin Təbrizə səfərinə süni əngəllər yaradaraq, onun cənublularla görüşünə mane olmuşdular. Yəni bu qorxu həmişə olub və belə görünür ki, olacaq...


Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri