Icma.az
close
up
RU
“Bu, İran üçün çox dəhşətli zərbə idi” Ərdoğanın “Arazı ayırdılar”ından Pezeşkianın “Heydərbabaya salam”ına uzanan yol

“Bu, İran üçün çox dəhşətli zərbə idi” Ərdoğanın “Arazı ayırdılar”ından Pezeşkianın “Heydərbabaya salam”ına uzanan yol

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


İki gündür sosial mediada İran Prezidenti Məsud Pezeşkianın türkcə danışmasını əsk etdirən video viral olub. Belə ki, Pezeşkian Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə yazdığı məşhur “Heydərbabaya salam” poemasından iki bənd səsləndirir. Bu zaman kimliyini bilmədiyimiz bir şəxs ona yaxınlaşaraq nəsə deyir, bundan sonra isə İran prezidenti yenidən farsca danışmağa başlayır. Maraqlıdır, bu mənzərənin həqiqətən də müzakirəyə ehtiyacı varmı? Yoxsa, sıradan bir olay kimi dəyərləndirib əhəmiyyət verməməliyik?


Bakupost.az Məsud Pezeşkianın atdığı bu addımın pərdəarxası məqamlarını beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə müzakirə edib.

- Əziz bəy, əvvəlcə bu suala cavab tapaq. Məsud Pezeşkian məlum tədbirdə açıq-aşkar türk dili deməsi və türkcə danışması ilə kimlərə mesaj verdi?

- İran Administrasiyası Prezidentlik institutunun səlahiyyətlərini məhdudlaşdırır, onu formal hakimiyyət qolu kimi nəzarətdə saxlayır. Əsas gücün farsların əlində olması, bütün resursların tamamilə onlara xidmət etməsi illərdir davam edir. Məlumdur ki, milli məsələ üzərindən getdikcə çox ciddi məsələlər, problemlər ortaya çıxır. Sual yaranır ki, İran hakimiyyəti bu proseslərin öhdəsindən necə gələ biləcək? Burada bir sıra ciddi nəticələr yaranır. Əvvəla, Şərq mentalitetində siyasi poetika həmişə çox ciddi bir nöqtədə qərarlaşıb. Hazırda müasir dünyada onun əsas aparıcı siması Rəcəb Tayyib Ərdoğandır. Uzağa getməyək, Ərdoğan Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” ritorikasını İranın daxili siyasi mühitinə daşıdı. Bununla da sözün əsl mənasında diplomatik skandala səbəb oldu. O vaxtdan artıq məlum idi ki, İranın möhkəm olmayan müasir siyasi elitası bir şeirlə belə yerindən tərpənə bilir.

Şərq ölkələrinin ənənəvi idarəetmə üsulunda şeirləşmə, siyasi atmacalar həmişə mühüm yerdə qərarlaşıb. O xətti izləyən Türkiyə faktoru, türk faktoru Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə bu coğrafiyada ön plana çıxdı. Məncə, İranın daxili siyasi mühitini də məhz Qarabağ məsələsi dəyişdi. İranda daxili milliyətçilik gücləndi. Arazın o tayından, Xudafərin boyunca gedən döyüşlərdə göz yaşı tökən Cənubi azərbaycanlı qardaşlarımız döyüşün sonunda Azərbaycan ordusunu alqışladı, sazda qələbə mahnıları, “Qoç Koroğlu”, “Cəngi” ifa etdilər, “kafirlərdən bu torpaqlar azad olundu” deyə haray çəkdilər. Bu, artıq böyük bir xalqın var olmasını dərk etmək yolunda atılan ciddi addım idi. Sonrakı proseslər də göstərdi ki, İran bütövlükdə siyasi xaos ərəfəsindədir. Həm beynəlxalq vəziyyət kifayət qədər gərgindir, həm də daxili. Təsəvvür edin ki, neft-qaz ölkəsində artıq elektrik enerjisi yoxdur, xaricdən elektrik enerjisi idxal edilir.

Güney Azərbaycana, Azərbaycan türklərinə qarşı mövqelərini də çox sərt şəkildə davam etdirirlər. İrtica tez-tez həbslər həyata keçirir, Azərbaycan aydınlarını zindana atırlar. Onların səsi kimi Məsud Pezeşkianın prezident seçilməsi İran siyasi hakimiyyətinin də istəyi idi. Pezeşkiandan indi türk millətçisi düzəltməyə çalışırlar, ancaq mən onun səmimiyyətinə inanmıram. Mənə elə gəlir ki, atdığı addım ilk növbədə narazı türk kütləsini əleyhinə olduqları fars elitasının ətrafında birləşdirmək cəhdindən başqa bir şey deyil. Sadəcə, türklərin qəhrəmanına çevrilməyə çalışır, halkbuki ömrü boyu rejimə xidmət edib, rejimin yetirməsidir, buna görə də prezident seçilib.


Digər yandan, türk faktorunun bir qədər də önə çıxmasına Suriyada ötən ilin sonunda baş verən hadisələr də təkan oldu. Suriya İranın aşağı-yuxarı oxşar modelidir, eyni dini və etnik problemlərdən əziyyət çəkirlər. Bu mənada Suriyadan böyük İran hazırlamaq istəyən çox sayda qüvvələr var. Artıq narazı, parçalanmış daxili siyasi kəsimi konsolidasiya etmək mümkün deyil. Ona görə də Pezeşkianın türk məsələsi üzərindən səsləndirdiyi istənilən fikrin çox ciddi əks-sədası olur.

- Konkret olaraq yenə həmin çıxışa qayıdaq, daha doğrusu, səsləndirilən misralara. Bilməyənlər üçün qeyd edək ki, Şəhriyarın "Heydərbabaya salam" poeması iki hissədən ibarət böyük bir əsərdir. Vətəndən ayrı düşən, qəlbi Vətən eşqi ilə alışıb-yanan ustad şair bu poemanı Tehranda yazmağa başlayıb, ikinci hissəsini isə Təbrizdə bitirib. Demək olar ki, hər misrasından böyük məna, Vətən harayı, Vətən dərdi aydın oxunur. Pezeşkian niyə məhz bu poemaya müraciət elədi?

- Belə baxış var ki, Pezeşkian buna hazır deyilmiş, tədbirdə sadəcə türkcə şeir səsləndirmək ürəyindən gəlib. Ancaq mən belə düşünmürəm, təsadüf deyildi, bilavasitə zərurət idi. Bu, hesablanmış addım idi, mühüm mesaj vardı. Birinci o mesaj idi ki,

Heydərbaba, igid əmək itirməz,

Ömür kecər, əfsus bərə bitirməz,

Namərd olan omru başa yetirməz,

Biz də, vallah, unutmarıq sizləri,

Gorəmməsək, halal edin bizləri.

Misraların semantik təhlili belə göstərir ki, “Heydərbabaya salam”ın seçilməsi əbəs yerə deyil. Bu şeir Güney azərbaycanlılarının həmrəylik marşıdır. Azərbaycan, türk ruhunun rejimin basqılarına etiraz mahnısıdır. Bu misralar da qulağa etiraz nəğməsi kimi gəlir.

Digər misra:

Heydərbaba, mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən,

Gədiklərdə qurdları tut boğginən,

Qoy quzular ayın-şayın otlasın,

Qoyunların quyruqların qatlasın.

Şəhriyar Heydərbaba dağının timsalında Azərbaycanın ümumiləşdirilmiş obrazını verir. Xalqın səadətini sədəqə şəklində yox, mürtəce qüvvələrə qarşı igid oğulların mübarizəsi sayəsində əldə edəcəyinə inanır. Çox maraqlı, dövrlərarası əlaqə qurur. Şübhə yoxdur ki, biz burada mütləq Şəhriyar faktorunu qeyd etməliyik. Şəhriyarın milli kimliyin vacib sütunlarından olduğunu deməliyik, hansı ki, tayı-bərabəri olmayacaq. Şəhriyar Güney azərbaycanlıların səsi kimi ön plana çıxır. Buna da bu formatdan baxmaq lazımdır.

- Videodan da aydın görünür ki, Pezeşkianın bu addımı fars rejiminə xoş gəlmir, çıxışını yarımçıq kəsirlər...

- Ümumiyyətlə, İran prezidenti çətinliklərə rəğmən öz ölkəsində, hər kəsin gözü önündə “türki danışaram” deyərək, irançılıq siyasətini yerlə bir elədi. Bu, İran üçün çox dəhşətli zərbə idi. Pezeşkian türkcə çıxışı kəsiləndə, ona hansısa not veriləndə lağlağıya salıb deyir ki, “türkcə şeir oxumaq ölkəyə zərər verməz”. Əslində isə açar söz elə bu idi, bütün mahiyyət elə burada gizlənib. Türkcə şeir oxumaq İranı yerindən silkələyir, əvvəlcə Ərdoğan etdi bunu, indi də Pezeşkian. Bir şeirlə İran öz radarlarından itir, ayarlarını pozur. Təbii ki, bu, sıradan seçilmiş bir şeir deyildi. Bu, Güney Azərbaycan fəlsəfəsi, Güney Azərbaycan kimliyi idi.

- Kim idi Pezeşkiana o xəbərdalığı edən?

- Həmin məqam İranda prezidentin zəif olmasını dünyaya göstərdi. Bəlkə də bunu hakimiyyət böhranı kimi də yoza bilərik. Çünki ölkədə prezidentdən üstün ali dini rəhbərdir. Xəbərdalığı edən SEPAH da ola bilər. Onlar "türk" sözünü eşidən kimi havalanır, dərhal əl-ayağa düşürlər, Türkün səsini kəsməyə çalışırlar. Pezeşkian isə bütün dünyaya türk skandalını göstərdi.


- İranın Azərbaycanla hazırkı münasibətlərində necə, dəyişiklik hiss olunur?

- Pezeşkianın Azərbaycana qarşı münasibətində hələ ki, istədiyimiz nəticələri almırıq. Ancaq elə hesab edirəm ki, o, Azərbaycan Respublikası ilə münasibətlər konstekstində özünün türk kimliyini və oynayacağı rolu açıq göstərilməlidir. Azərbaycanla İran arasında heç vaxt iqtisadi baxımdan problem yaranmadı, gedişat onu göstərir ki, yaranmayacaq da. Ancaq dini və siyasi sferada, məncə, münasibətlərimiz heç vaxt qaydaya düşməyəcək. Çünki İranın fars imperial siyasi maraqları, Qafqaza özünün tarixi ərazisi kimi baxmaq bucağı var, bu da Azərbaycanı razı sala bilməz. Əgər Pezeşkian üzərindən qiymətləndirsək, o, şəxsən nümunə olmalıdır, Azərbaycanla türk kimliyi üzərindən yeni münasibət inşa etməlidir. Bunu bacaracağını isə sanmıram, çünki, bu, mümkün deyil.

- Sonda bir məsələyə də fikir bildirməyini istəyirəm. Pezeşkian orada türk dili dedi, Azərbaycan dili yox. Necə düşünürsən, hələ də azərbaycançılıq kimliyindən imtina etmək zamanı yetişməyib?



- Azərbaycan milli kimliyi və onun inşası məsələsi həmişə aktual olub və ilk dəfə bu, elmi və peşəkar əsasda 1930-cu illərin sonunda Stalinin göstərişi ilə yaradılıb. Kökü olmasa belə, yarada biliblər. Məsələnin mahiyyəti ondadır ki, milli kimlik məsələsi 90-cı illərdə Azərbaycandakı etnik separatizmin baş verməsi və digər ideoloji proseslər böyük problemlərdən xəbər verdi. Və Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dili və azərbaycançılıq məsələsini dövlət siyasətinin prioriteti elan etdi. Bu addım ölkənin ideoloji baxımdan parçalanmasına yol verməmək üçün atılmışdı. Həmin dövr üçün də doğru idi. Vətən müharibəsində isə kontekst dəyişdi, yeni ideologiya formalaşdı, etnik baxımdan, dil baxımdan türk əsaslı olduğumuz aktuallaşdı. Azərbaycanı bütün qonşularımız zatən türk deyə təsvir edir, doğru olan da budur. Ancaq biz yenə də özümüzə azərbaycanlı deyirik. Axı 1930-cu illərdən əvvəldə azərbaycançılıq ideologiyası yoxdur. Belə olan halda bu xalqın tarixi necə olur? Yaxşı haldır ki, müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri yeni ideologiyanın yetişdiyi bir dönəmin ortaya çıxdığı barədə mesajlarını verdi. Bir sözlə, azərbaycançılığa ideya kimi baxmaq lazımdır, ideologiya kimi yox. Artıq Pezeşkianın dilindən də “türki” sözü işlənirsə, bütün dünya da Azərbaycan dilini türk dili kimi qəbul edirsə, bizim də "azərbaycanlı" ifadəsindən imtina etməyimizin zamanı çatıb.

- Zaman ayırdığınıza, maraqı təhlilə görə təşəkkür edirik!


Söhbətləşdi: Rumiyyə MİRASLAN


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see209

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see135

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see114

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri