Icma.az
close
up
RU
Heydərbabaya salam Şəhriyarın Azərbaycan dilində yazdığı ilk əsər idi

Heydərbabaya salam Şəhriyarın Azərbaycan dilində yazdığı ilk əsər idi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qan Turalı yazır...

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda ənənəsinə sadiq qalaraq ustad şair Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir parça oxuyub. Bu poema Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindən biri olmaqla yanaşı, mühüm siyasi və tarixi əhəmiyyəti olan bir əsərdir. Və bir növ bu əsər Azərbaycan haqqında dastana, Azərbaycan milli ruhunun salnaməsinə çevrilib.

Bütün bədii məziyyətləri ilə yanaşı poema dünya ədəbiyyatında mislinə çox az şəkildə təsadüf olunan qədər məşhur və populyardır. İstər Azərbaycanda, istərsə də İranda bu poemadan heç olmasa bir bənd bilməyən adama çətin rast gəlmək olar. Şəhriyarın bu poeması Səməd Vurğunun "Azərbaycan" şeiri qədər populyardır.

Səməd Vurğundan söz düşmüşkən, Şəhriyar Səməd Vurğunla eyni ildə - 1906-cı ildə doğulub. Ancaq görkəmli şair 1988-ci ildə 82 yaşında vəfat edib. "Heydərbabaya salam" poeması isə 1954-cü ildə, şairin 48 yaşında Təbrizdə çap olunmuşdu. Poema çap olunan kimi böyük rezonans yaratdı. Kitaba müqəddiməsində Mehdi Rövşənzəmir yazırdı: "Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaq".

"Heydərbabaya salam"ın şöhrəti tezliklə İran sərhədlərini aşdı. Poema haqqında ilk məqalənin müəllifi isə Məmməd Əmin Rəsulzadə idi. O, Türkiyədə nəşr olunan "Azərbaycan" jurnalının 1955-ci ilin iyul-avqust nömrəsində yazırdı: "Təbriz poçtunun yetirdiyi bu xariqə əsərin Azərbaycan ədəbiyyatında bir hadisə təşkil etdiyi bizcə şübhəsizdir". Rəsulzadənin ölümündən cəmi bir neçə ay əvvəl qələmə alınan bu kiçik məqalənin bir cümləsi diqqəti xüsusilə cəlb edir: "Farscanın fəsahət və bəlağətinə məcbur olub illərcə ana dilini yadırğamış ikən azərbaycanlı sənətkarın, derkən, bu qədər milli bir şeir yazması yaşadığımız günlərin ən böyük hadisəsidir!" Poemanın özü isə qeyd olunan jurnalın yanvar-fevral nömrəsində nəşr edilmişdi.

"Heydərbabaya salam" poeması Şəhriyarın Azərbaycan dilində yazdığı ilk əsərdir. Göründüyü kimi, şair ilk əsərini ancaq 48 yaşında yaza bilmişdi. Ancaq buna baxmayaraq poemanın dili, üslubu onun kamil bir sənətkarın qələmindən çıxdığını göstərir.

Azərbaycanda isə Şəhriyarın "Heydərbabaya salam" poeması bir az gec 1963-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap edildi. 1964-cü ildə isə Rəhim Sultanovun ön sözü ilə kitab kimi 15 min tirajla nəşr olundu. Kitabın redaktoru Əhməd Cəmil idi. Ön sözdə poemanın yazılması ilə bağlı bu məlumatlar verilirdi:

"Şəhriyar Hicri təqvimlə 1320-ci ildə (1941-42) Tehranda ağır psixoloji sarsıntı keçirir. Anası Şəhriyarın bunu eşidərək Tehrana gəlir və Şəhriyarı sağaltmağa çalışır. Şəhriyara Azərbaycan nağılları deməyə başlayır, məzəli xatirələrini danışır və uşaqlıq çağlarını xatırladırdı.

Şəhriyar özü deyir ki, anamın bu söhbətləri mənə ruh verir, unudulmuş tabloları xəyalımda canlandırırdı. Beləliklə "Heydərbabaya salam" əsəri də anasının söylədiyi xatirələrin bədii ifadəsidir".

Göründüyü kimi, anasının nağılları, şirin söhbətləri Şəhriyarın ağır mənəvi depressiyaları, psixoloji sarsıntıları dəf etməkdə ona kömək olub. Bu əhvalatdan bir neçə il sonra ilk dəfə Azərbaycan dilində əsər yazan görkəmli sənətkar heç şübhəsiz ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindən birini yaratmağı bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:506
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri