Heydərovların “London macərası” başa çatdı Faktlar
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.
Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:

Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Sabah”ın avrokubok macərası başa çatdı
14 Avqust 2025 22:11
20 illik ekran macərası başa çatdı KONKRET
27 İyul 2026 20:00
“İstanbul BŞ”nin avrokubok macərası necə başa çatdı?
28 Dekabr 2024 19:03
“Fənər”in avrokubok macərası yenə penaltilərlə başa çatdı
18 Mart 2025 10:40
Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı
29 İyul 2026 20:54
Baxış sayı:194
Bu xəbər 08 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















