Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı
Icma.az, Lent az saytına istinadən bildirir.
BƏƏ-dən Rusiyaya ekstradisiya edilən bloqer dələduzluqda ittiham olunur.
Lent.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Baş Prokurorluğunun tələbi əsasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları erməniəsilli bloqer Lusik Karapetyanı Rusiyaya ekstradisiya ediblər.
Məlumata görə, o, 2023-cü ildə dələduzluğa görə məhkum olunmuş bloqer Xizri Zapirovun PR-direktoru kimi tanınırdı.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin səlahiyyətli qurumlarının nümayəndələri Rusiya DİN-in İnterpol Milli Mərkəzi Bürosunun və Federal Penitensiar Xidmətin əməkdaşlarına Rusiya vətəndaşı olan qadını təhvil veriblər.
Rusiya Baş Prokurorluğu ekstradisiya edilən şəxsin Lusik Karapetyan olduğunu təsdiqləyib. O, Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəyə gətirilib. Həmin maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə və 1 milyon rubla qədər cərimə nəzərdə tutulur.
İrina Volk bildirib ki, ekstradisiya İnterpol kanalları vasitəsilə həyata keçirilən əməkdaşlıq və Rusiyanın BƏƏ-dəki DİN nümayəndəliyinin xarici tərəfdaşlarla koordinasiyası nəticəsində mümkün olub.
Qeyd edək ki, Lusik Karapetyan 2023-cü ilin avqustunda BƏƏ-də saxlanılıb.
İstintaqın versiyasına görə, o, insanlara mərc oyunlarında böyük uduş qazanacaqlarını vəd edən, əslində isə onların pullarını mənimsəyən mütəşəkkil qrup yaradıb. Buna görə də o, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 29 İyul 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















