“Heyət Təhrir əlŞam”la gizli anlaşma: Rusiya bazası Suriyada qalır KİV
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Suriyada iki hərbi bazanın saxlanması ilə bağlı Suriyanın yeni hakimiyyət orqanları ilə razılaşmaya yaxındır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, hazırda Rusiya qoşunlarının Tartus dəniz limanında və Xmeymim aviabazasında qalmasını təmin etmək üçün danışıqlar aparılır. Qeyd olunur ki, Moskvanın “Heyət Təhrir əl-Şam” ilə qeyri-rəsmi anlaşması var. Bu anlaşma Rusiya qüvvələrinin Suriya bazalarında qalmasını təmin edə bilər. Lakin Suriyadakı qeyri-sabitlik fonunda vəziyyətin dəyişməsi mümkündür.
Daha öncə Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya hökuməti Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Dekabr 2024 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















