Heyətin gücləndirilməsinə ehtiyac var Kaxaber Sxadadze
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" səfərdə "Sumqayıt"la yoxlama oyunu keçirib.
QOL.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma və komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:
“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bu günkü oyunda gördük ki, sürət bir qədər aşağıdır. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar aparırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 19 İyul 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















