Heyvan sayının azalması ət, süd və yun istehsalına təsir edəcək Ekspert
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması son illərdə kənd təsərrüfatında müşahidə olunan bir tendensiyadır. 2025-ci ilin oktyabrına olan statistikaya görə, iribuynuzlu heyvanlar 2%, xırdabuynuzlu heyvanlar isə 3,5% azalıb”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov deyib.
Ekspert qeyd edib ki, azalmanın əsas səbəblərindən biri yem bazasının məhdud olmasıdır:
“Quraqlıq və otlaq sahələrinin azalması heyvanların qida ilə təminatını çətinləşdirir. Digər səbəb xəstəliklərdir. Xüsusilə epizootik xəstəliklər və vaksinasiya prosesindəki boşluqlar heyvan itkilərinə səbəb ola bilər. Fermerlərin iqtisadi çətinlikləri də heyvan sayının azalmasına təsir göstərir. Bəzi bölgələrdə müasir damazlıq texnologiyalarının çatışmaması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Azalmanın uzunmüddətli təsirləri də ola bilər. Heyvan sayının azalması ət, süd və yun istehsalına təsir edərək qiymət artımlarına yol aça bilər. Bu həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialını azalda bilər. Regionlar üzrə fərqlilik də diqqət çəkir. İribuynuzlu heyvanlar daha çox Sabirabad, Bərdə və Cəlilabadda, xırdabuynuzlular isə Beyləqan, İmişli və Qubada cəmləşib”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Müəllimlərin sayının azalması təhsildə keyfiyyətə necə təsir edəcək? EKSPERT DANIŞDI
11 Fevral 2025 11:01
Metrodan istifadə edənlərin sayının azalması ehtimalı reallığa uyğun görünmür EKSPERT FİKRİ
18 İyun 2025 12:27
Məhərrəm ayında ət ucuzlaşacaq? Ekspert
23 İyun 2025 14:54
Neft hasilatının azalması iqtisadiyyata necə təsir edir? Ekspert
24 Yanvar 2025 20:28
Çiy ət və ət məhsulları yeməyin hansı təhlükələri var? Ekspert AÇIQLADI
26 Avqust 2025 18:15
Baxış sayı:76
Bu xəbər 18 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları