Icma.az
close
up
RU
Ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir EKSPERT AÇIQLADI

Ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir EKSPERT AÇIQLADI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Ət və süd məhsulları yüksək risk qrupuna aid olan məhsullardır. Bu baxımdan temperatur rejiminə və saxlanma şəraitinə mütləq riayət etmək lazımdır. Bakteriyaların əsasən sürətli çoxaldığı temperatur aralığı 5 ilə 60 dərəcə arasıdır. Bu şəraitdə onların sayı hər 10-20 dəqiqədən bir iki dəfə arta bilir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, soyuducunun daxili temperaturu 0-4 dərəcə arasında, dondurucu kamerası isə -18 dərəcə və daha aşağıda saxlanmalıdır: "Çiy ət və quş əti məhsulları özündə milyardlarla patogen mikroorqanizm daşıyır. Onların bişmiş, ya birbaşa istehlak olunan hazır qidalarla təmas etməsi, eyni kəsim taxtasından istifadə olunması ağır qida zəhərlənmələrinə səbəb ola bilir.

Çiy ət, toyuq və balıq məhsulları mütləq qapalı qablarda, ya paketlərdə, digər qidalardan aşağıda saxlanmalıdır ki, onların şirəsi digər qidaların üzərinə damlamasın. Bişmiş yeməklər, süd məhsulları, qatıq və pendirlər isə üst və orta rəflərdə saxlansa, yaxşı olar. Dondurucunun qapı hissəsi ən az soyuq hissə olduğundan buraya yalnız souslar, içkilər və yağ qoyulmalıdır. Tez xarab olan süd və yumurta qapıda saxlanılmamalıdır.

Ət və ya toyuq məhsulları heç vaxt otaq temperaturunda əridilməməlidir. Əridilmə prosesi ya soyuducunun aşağı rəfində, ya da soyuq suda dəyişdirilməklə edilməlidir. Bir dəfə əritdikdən sonra təkrar dondurmaq olmaz.

Hazırlanan yeməklər otaq temperaturunda 2 saatdan çox, isti havada 1 saatdan çox saxlanılmamalıdır. Soyuducuya qoyulmalıdır. Soyuducuya qoymadan əvvəl tam soyumasını gözləməliyik. Çox isti qab soyuducunun ümumi daxili temperaturuna mənfi təsir edə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri