“Həzi Aslanov”dakı yenidənqurma il sonuna kimi yekunlaşacaq
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə stansiyanın dalanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, 280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.
Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Lamiyə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 02 Mart 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















