“Həzi Aslanov”dakı yanğının səbəbi müəyyənləşdi FOTOSESSİYA
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın əsas problemlərindən biri də binaların aşağı mərtəbəsinin iaşə obyektlərinə çevrilməsidir. Bu obyektlər həm də əhali tipli vergi ödəyicisi olaraq qeydiyyatdan keçə bilirlər.
Avtosfer.az xəbər verir ki, bu problem market, kafe və başqa obyektlər yerləşən yaşayış binalarının sakinləri üçün aktualdır.
Belə ki, həmin obyektlərin elektrik kabelləri binaların elektrik şitlərinə birləşdirilir və bu avadanlıqlar normadan artıq yüklənir. Nəticədə, ya bütpvlükdə bina yanır, ya da hansısa mərtəbə.
Xətai rayonunun Məhəmməd Hadi küçəsində fevralın 16-da baş verən yanğının səbəbi də bu olub. Hadisə 73 saylı yaşayış binasının 6-cı blokunda baş verib.
Yaxınlıqda (“Həzi Aslanov” m/st. ətrafında) yerləşən obyektlərin kabelləri məhz binanın blokunda olan elektrik şitinə birləşdirilib. Həddindən artıq yüklənmə nəticəsində kabellər alovlanıb.
Obyektlərə aid kabellərin binadan çıxarılması üçün sakinlər Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Amma binanın yanğın təhlükəsizliyi hələ də problem olaraq qalır.
Maraqlıdır, bu problemə ancaq köhnə yaşayış binalarında rast gəlinir. Nəzarətsizlik və cəzasızlıq şəraitində obyekt sahibləri binaların elektrik avadanlıqlarına asanlıqla müdaxilə edirlər.
Səfər
Baxış sayı:81
Bu xəbər 01 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















