Icma.az
close
up
RU
Hibrid maşınlara və elektromobillərə güzəşt vaxtı bitir BAZARI NƏ GÖZLƏYİR?

Hibrid maşınlara və elektromobillərə güzəşt vaxtı bitir BAZARI NƏ GÖZLƏYİR?

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2022-ci ildən Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxalına və satışına tətbiq edilən vergi güzəştlərinin müddəti bu ilin sonunda başa çatır.

Bu da o deməkdir ki, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalına və satışına yenidən əlavə dəyər vergisi (ƏDV) hesablanacaq.

Bəs bu halda maşın bazarını nə gözləyir? 

İlk öncə onu qeyd edək ki, vergi güzəştləri ölkəyə hibrid avtomobil idxalının həcmini kəskin artırıb. Məsələn, təkcə bu ilin yanvar-may aylarında Azərbaycana 18 426 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Kəskin artım ölkənin avtomobil parkının əsasən Çin avtomobilləri hesabına nəzərəçarpacaq dərəcədə yenilənməsinə töhfə verib. Xeyli sayda insan 20-25 min manat ödəməklə kifayət qədər funksional yeni maşın əldə edib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, vergi güzəştlərinin müddətinin başa çatması bazarda qeyri-müəyyənlik yaradıb: "Həmin güzəştlərin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Odur ki, alıcılar qeyri-müəyyənliyi nəzərə alaraq indiki imkanlardan maksimum yararlanmağa çalışır, yeni avtomobil alırlar. Çünki, yeni ildən yeni maşın indikindən baha ola bilər".

Onun sözlərinə görə, ölkədə yeni avtomobil almağa maraq xeyli gücləndiyindən köhnə avtomobillərə tələbat kəskin azalıb, onlar 30-40 % ucuzlaşıb: "Hazırda belə maşınlar əsasən onlayn satış platformaları, sosial şəbəkələr vasitəsilə realizə edilir. İnsanlar əvvəlcə avtomobilin şəkilini və videosunu "Instagram", TikTok kimi platformalarda izləyir, daha sonra canlı baxışa gedirlər. Bundan başqa, insanlar sosial şəbəkələrdə satış elanlarını izləyir, istifadəçi rəyləri ilə tanış olur, forumlara qoşulur, avtomobili almadan əvvəl evdən çıxmadan onun haqqında bütün məlumatları öyrənə bilirlər. Bu tendensiya klassik bazar yerlərinin gələcəyini sual altına qoyur. Əvvəllər bazara gedib avtomobilə baxmaq anlayışı var idi. Artıq ənənəvi bazar yerlərinin əhəmiyyəti azalıb. Bazar sahibləri bu dəyişiklikləri nəzərə alaraq, gələcəkdə fəaliyyətlərini sosial şəbəkələr üzərindən fərqli formatda davam etdirməyə çalışacaq. Yaxın illərdə bazarın böyük hissəsi onlayn platformalar üzərindən reallaşacaq və avtomobil bazarındakı şəffaflıq daha da artacaq”.

Ekspert qeyd edib ki, uzun illərdir ikinci əl avtomobil bazarında süni qiymət şişirtməsi və texniki göstəricilərin, o cümlədən yürüş (kilometraj) məlumatlarının gizlədilməsi halları mövcud olub: "İndi isə xüsusi baxış mərkəzlərinin fəaliyyəti, elektron sistemlər və rəqəmsal izlər bu hallara nəzarət xeyli gücləndirib. Əvvəllər aldatma daha rahat idi. İndi isə avtomobilə baxış keçirən mərkəzlərdə kilometrajın dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək mümkündür”.

Xarici ölkələrin təcrübəsi göstərir ki, onlayn avtomobil bazarı yalnız elan yerləşdirmə ilə məhdudlaşmır.

Məsələn, ABŞ-da bəzi şirkətlər yalnız onlayn satış modeli ilə fəaliyyət göstərir. Müştəri avtomobili onlayn seçir, sifariş edir, sənədləşmə rəqəmsal şəkildə başa çatır və avtomobil birbaşa evə çatdırılır.

Almaniyada avtomobil satışı ilə məşğul olan platformalar yalnız elan yerləşdirmir, eyni zamanda avtomobilin rəqəmsal ekspertizasını, texniki hesabatını və hətta virtual test sürüşlərini təklif edir.

Çində isə xüsusilə elektrikli avtomobil bazarında sosial şəbəkələr üzərindən satışlar sürətlə inkişaf edir. Şirkətlər canlı yayımlar vasitəsilə avtomobilləri təqdim edir, sualları cavablandırır və satışı həyata keçirirlər.

Bu təcrübələr göstərir ki, onlayn satış modeli yalnız bir tendensiya deyil, avtomobil bazarının gələcəyidir. Azərbaycanda da bu tendensiya güclənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyul 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri