Icma.az
close
up
RU
Ukraynanı nə gözləyir?

Ukraynanı nə gözləyir?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya “hakim” olmaq iddiasındadır

Şoltsun Kiyev səfərinin şifrəsi...

Qərbin Kiyevə “raket icazəsinə” Rusiyanın ciddi cavabı kollektiv müttəfiqləri düşünməyə vadar edib. Görünən budur ki, Kremlin “ ATACMS”a “Oreşnik”lə qarşılıq verməsi gözlənilməz olduğu qədər gələcək planlarda da dəyişiklik etmək məcburiyyəti yaradıb. Proseslərin gedişi isə onu deməyə əsas verir ki, kollektiv Qərbin aparıcı ölkələrindən biri olan Almaniya nizamlanma üçün “hakimlik” etmək niyyətindədir. Kansler Olaf Şoltsun bir neçə gün öncə Rusiya lideri Vladimir Putinlə telefon danışığı, ardından isə Kiyevə səfəri müəyyən perspektivdən xəbər verir.

 Kiyevdən alman mesajı...

Qeyd edək ki, kansler Şolts 2 dekabrda Kiyevə etdiyi səfərdən sonra sosial şəbəkə üzərindən Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb: “Kiyevdən Putinə mesajım: Biz burada uzun müddətik. Ukraynaya olan dəstəyimiz zəifləməyəcək. Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik”.

 İlk baxışdan “sərt” təsir bağışlayan bu bəyanatın “şifrəsi” siyasi ekspertlər tərəfindən birmənalı izah olunmur. Şolts Almaniyanın Ukraynaya davamlı dəstək nümayiş etdirməkdə qətiyyətli olduğunu bildirsə də, bəzi siyasətçilər bu mesajın daha çox post-müharibə xarakterli olduğunda israr edir - mesajda Ukrayna xalqına dəstəyin ifadə edilməsi Almaniyanın gələcək mərhələdə sülh üçün çalışacağının göstəricisi kimi şərh olunur.

 Bununla belə Şoltsun bəyanatını Qərbin Rusiyaya qarşı mövqeyinin davamlığı kimi izah edənlər də var - bunu NATO-nun anti-Rusiya əhval-ruhiyəsinin nümayişi  kimi də qarşılayanlar tapılır.

 Qeyd edək ki, səfər Almaniya liderinin Kiyevə iki il yarımlıq fasilədən sonra gəlişi idi. Səfərdən öncə noyabrın sonunda Almaniya tərəfindən Ukraynaya son hərbi yardım paketi elan edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu yardım paketini açıqlayaraq Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb. Yardım paketi 650 milyon avro dəyərindədir və əsasən hava hücumundan müdafiə sistemləri və sursat təminatını əhatə edir.

Şolts yenidən kansler olmaq üçün...

Bəzi siyasi ekspertlər Şoltsun bu səfərini həm də ölkəsində daxili auditoriyaya hesablandığını bildirirlər. 2025-ci il fevralın 23-nə təyin edilmiş Almaniya Bundestaqına seçkilərdə önə çıxmaq üçün Şoltsun Ukrayna kartından fəal istifadə etməyə çalışdığı qeyd olunur. Kiyev səfərinin alman seçicilərinə “kanslerin Şərqi Avropadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri” kimi təbliğ olunacağı gözlənilir. Xatırladaq ki, Sosial Demokratlar Partiyasının və şəxsən kansler Şoltsun seçki strategiyasının tərkib hissələrindən biri məhz Ukrayna münaqişəsinin diplomatik yolla həllinə nail olunması ilə bağlıdır. Çünki Almaniyada münaqişənin dayandırılması tələbi birbaşa iqtisadi gündəmlə bağlıdır - Ukrayna böhranı sadə almanların həyatına mənfi təsir göstərib. Məsələn, Almaniya mediası yazır ki, 2024-cü ilin ilk altı ayında Almaniyada müflis olanların sayı 41 faiz artıb. Bundan əlavə, 2024-cü ilin noyabr ayında Almaniyada milli standartlara uyğun hesablanan qiymətlər 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,2 faiz artıb. Şoltsun fəallaşması isə özünü sığortalamaq üçündür - hazırki kanslerin əsas rəqibi Fridrix Merzin kansler seçilməsi Ukrayna böhranının daha da genişlənməsinə gətirib çıxara bilər. Yada salaq ki, Xristian Demokrat İttifaqının sədri Merz bundan əvvəl bəyan etmişdi ki, seçkilərdə qalib gələcəyi təqdirdə Rusiyanı 24 saat ərzində Ukraynada hərbi əməliyyatları dayandırmağa çağıracaq - Kreml imtina edərsə Almaniya Kiyevi uzaqmənzilli “Taurus” raketləri ilə təmin edə bilər. Halbuki Şolts bu raketlərin Rusiyaya qarşı işlənməsinin əleyhinədir.

Bayden gedir, Ramştayn “yaşayır”....

Qərbin Ukrayna üzərindən apardığı siyasət isə çoxşaxəlidir - Bayden administrasiyasının siyasi ömrünə cəmisi iki ay qalmasına baxmayaraq, hələ də Ukrayna müharibəsi ilə imitasiya etmək niyyətindədir. Belə ki, dekabrın 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığının baş tutduğunu bildirib. Umerov amerikalı həmkarı ilə “döyüş meydanındakı cari vəziyyəti, Ukrayna Müdafiə Qüvvələrinin əsas çağırışları və ehtiyaclarını”, həmçinin “2025-ci ilin strateji planlaşdırılmasını” müzakirə edib. “Xüsusi diqqət “Ramştayn” formatında növbəti iclasın hazırlanmasına yönəldilib. Ukrayna və onun tərəfdaşları müdafiə qabiliyyətimizi daha da gücləndirməyə və qələbəni yaxınlaşdırmağa kömək edəcək həllər üzərində işləməyə davam edirlər”, - ukraynalı nazir əlavə edib.

 Xatırladaq ki,  Ramştayn Müdafiə Əlaqə Qrupu (Ukrayna Müdafiəsi üzrə Ramştayn Prosesi) 2022-ci ilin aprelində ABŞ-ın təşəbbüsü ilə yaradılıb. İlk toplantı Almaniyanın Ramştayn hərbi bazasında keçirilib, buna görə də formatın adı bu bazadan götürülüb. Məqsəd Ukraynaya hərbi və logistik dəstəyin koordinasiyasını təmin etməkdir. Format çərçivəsində bu günə qədər 15-dən çox görüş keçirilib. Bütün görüşlərdə Kiyevə yardım paketləri, hərbi təchizat, təlim və dəstək mövzuları müzakirə olunub. Keçirilən görüşlərdə əldə olunan əsas qərarlara görə isə, Qərb ölkələri Ukraynaya tanklar, xüsusilə də Leopard və Abrams tankları, HIMARS sistemləri verib, hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot və NASAMS-ları göndərib. Qeyd edək ki, Ramştayn qrupu NATO üzvləri, Avropa ölkələri və digər beynəlxalq tərəfdaşlardan ibarətdir, lakin rəsmi olaraq NATO-nun strukturunda yer almır. Bu proses Ukraynanın müdafiəsi üçün qlobal dəstəyin əsas platformalarından biridir.

NATO Ukraynanı “çağırmır”...

Qeyd edək ki, münaqişə başlayandan bu günə qədər Qərb sözdə Ukraynanı NATO-ya dəvət etsə də, proses rəsmiləşmir. Təbi ki, məqsəd bəllidir - NATO Nizamnaməsinin müvafiq bəndinə əsasən müharibə edən dövlət alyansın tamhüquqlu üzvünə çevrilə bilməz. Eyni zamanda, Rusiya ilə mümkün sülh danışıqları fonunda mövqeyini möhkəmlətmək istəyən Kiyevin təzyiqlərinə baxmayaraq NATO-nun bəzi ölkələri və ilk növbədə ABŞ alyansa qoşulmaq üçün Ukraynaya dəvət göndərmək istəmir. Xarici medianın yaydığı məlumata görə, blokun xarici işlər nazirlərinin dekabrın 3-də Brüsseldə başlayan iclasından öncə bu mövzu gündəmdə olmayıb - agentliyin həmsöhbətinin fikrincə, Kiyevin üzvlük məsələsi yalnız 2025-ci ilin iyun ayının sonuna planlaşdırılan alyans sammitindən əvvəl ciddi müzakirə ediləcək. Eyni zamanda, ekspertlər ABŞ-ın hazırkı dövlət başçısı Cozef Baydenin prezidentlik müddəti bitənədək Kiyevə belə bir dəvət göndərəcəyi ehtimalını da zəif qiymətləndirir.

 Ukrayna isə Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib. Məlumata görə, bu, Vaşinqtonda keçirilən alyans sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur. Bu məsələ Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.

 P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri