Icma.az
close
up
RU
Hibrid və ideoloji təhdidlər Ekspertlər “Baku Network” platformasında VİDEO FOTO

Hibrid və ideoloji təhdidlər Ekspertlər “Baku Network” platformasında VİDEO FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakı Şəbəkəsi" ("Baku Network") Təhlil və Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilib. Azernews.az onlayn qəzetinin baş redaktor müavini Elnur Ənvəroğlunun moderatorluğu ilə baş tutan dəyirmi masada hibrid və ideoloji müharibələr, xaricdən gələn zərərli təsirlər və təhdidlər, saxta xəbərlər, süni intelekt vasitəsilə həyata keçirilən savaşlar müazakirə edilib. E.Ənvəroğlu bildirib ki, bu gün top-tüfəngsiz müharibəyə qədəm qoymuşuq: Bu, informasiya müharibəsidir. Hazırda böyük dövlətlər informasiyanı kiçik dövlətlərə qarşı silah kimi istifadə edir.

Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri, əməkdar jurnalist Müşfiq Ələsgərli qeyd edib ki, informasiya müharibəsini daha sərt, qəddar formada aparmaq üçün yeni mexanzimlər ortaya çıxıb: Bundan öncə ənənəvi media ilə informasiya müharibəsi aparılırdısa, bu gün onları rəqəmsal platformalar əvəz edib. Həmin rəqəmsal platformalar imkan verir ki, dezinformasiyalar hər bir evə çatsın. Ümumiyyətlə dünyada istehsal olunan informasiyaların 80%-i saxta informasiyalardan ibarət olur. Yanlış xəbərlərin 66%-i sosial şəbəkələr üzərindən yayılır.

Siyasi ekspert Murad Sadəddinov isə deyib ki, bütün dövrlərin öz informasiya aləti olub: Ötən dövrdə bu vərəq-kağız idi. Hazırda isə hər birimizin əlində olan telefonlardır. Telefonlarımız qısa müddətdə böyük kütləni ələ əla bilir. Süni itellektlə bağlı bugün Azərbaycana qarşı böyük təbliğat kompaniyaları aparılır. Biz həmin materiallara baxdığımız zaman onun süni itellekt məhsulu olduğunu anlaya bilirik. Deməli digərlərinin də bundan agah olmasına çalışmalıyıq, bununla bağlı bir mexanizm hazırlanmalıdır.

Daha sonra "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbəri Elçin Alıoğlu çıxış edib: İnformasiya müharibəsində İsrailin təcrübəsindən yararlana bilərik.

İsraildə xüsusi proqram var ki, ölkə əleyhində yayılan yanlış informasiyaları dərhal tapır və dövlətin mənafelərinə zidd xəbər kimi qeydə alır. İsraildə bəzi hallarda wifi kəsilir və xüsusi proqramla gps vasitəsilə 100-200 hətta 1 kilometr məsafəyə xəbərləşmə təmin edilir. Əsas məsələ gps-dir. Buna görə Çinlilər və ruslar yeni gsp-siz proqramlar yaradıblar. Maksimum 5 ildən sonra telekanallar da qəzet kimi köhnə media sayılacaq. Hazırda qərb mediası faktdan emosional jurnalistikaya keçid edib. Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli isə vurğulayıb ki, cəmiyyətin doğru informasiya ilə təmin olunmasında həm yerli telekanalların, həm yerli media qurumlarının, hətta qəzetlərin böyük rolu var: Azərbaycana qarşı aparılan informasiya savaşı illər öncə daha çox qərəzli mövqe və qaralama ilə seçilirdi. Zaman keçdikcə həmin dairələr gördülər ki, Azərbaycana qarşı bu təzyiq işləmir. Bundan sonra həmin dairələr hibrid savaşa keçdilər. Hibrid savaş süni intellekt vasitəsilə həyata keçirilir və təhlükəli tendensiyadır. Amma inanmıram ki, Azərbaycan əhalisinin əksəriyyəti süni intellektlə hazırlanan saxta görüntü və xəbərləri doğru bilsinlər. Gələcəkdə də süni intellekt vasitəsilə Azərbaycana qarşı hər hansı təhlükəli nələrsə hazırlanacaqsa, cəmiyyət buna hazır olmalıdır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri