Icma.az
close
up
RU
Hikmət Babaoğlu: “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir”

Hikmət Babaoğlu: “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra mübarizə yalnız hərbi və diplomatik müstəvidə deyil, həm də beynəlxalq ictimai rəyin formalaşdırıldığı intellektual platformalarda davam edir. Bu platformalarda bəzən humanitar ritorika ilə təqdim olunan bəzi şəxslər və strukturların fəaliyyətinə dair ciddi hüquqi, maliyyə və təhlükəsizlik sualları arxa plana keçirilir. Halbuki davamlı sülhün əsas şərti emosional simpatiyalar deyil, hüququn aliliyi və məsuliyyət prinsipinin hamıya eyni şəkildə tətbiq olunmasıdır.

Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məlum açıq məktub da məhz bu prinsipdən çıxış edərək Ruben Vardanyan ətrafında formalaşdırılan beynəlxalq narrativləri yenidən müzakirəyə çıxarır.

Bu addım əslində nəyə xidmət edir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz olduqca maraqlı bir hadisədən danışırıq. Doğrudan da ilk növbədə Azərbaycanın lehinə görünən bu yazışmanın, bu dialoqun hansı məqsədə xidmət etdiyini və onun alt məntiqində nə gizləndiyini araşdırarkən qəribə bir reallıqla üzləşirik: “Hər şeydən əvvəl hansısa amerikalı professorun Azərbaycana gəlib mühazirə oxumaması nə cəmiyyətin yaddaşında xüsusi yer tutur, nə də geniş ictimai maraq doğurur. Belə olan halda birdən-birə Ergün Kırlıkovalının buna cavab vermək, hadisəni şərh etmək istəyi ortaya çıxır və o, öz güclü mühəndislik fəaliyyətini bir kənara qoyaraq Vardanyanın xeyriyyəçilik və ya qeyri-xeyriyyəçilik fəaliyyətini araşdırmağa başlayır. Bu həm gülməli, həm də ağlamalı bir tragikomediyadır”.

Onun sözlərinə görə, süni şəkildə bir dialoq yaradılır və nəticədə “Vardanyan kimdir?” məsələsi əsas müzakirə mövzusuna çevrilir. Qarabağ probleminin niyə başladığı, erməni separatizminin mahiyyəti isə arxa plana keçir.

Deputat vurğulayıb ki, birdən-birə hər şeyi kölgədə qoyan əsas sual “Ruben Vardanyan gerçək xeyriyyəçidir, yoxsa deyil?” kimi təqdim olunur və sanki 30 illik problemin əsas ölçü vahidi kimi müəyyənləşdirilir.

Deputatın fikrincə, bu, ictimai şüuru manipulyasiya etmək cəhdindən başqa bir şey deyil.

Hikmət Babaoğlu bildirib ki, sosial şəbəkələrdə baş verənləri diqqətlə izləyir və burada da eyni metoddan istifadə olunduğunu görür: “Cəmiyyəti öz dəyərlərinə qarşı qoymağa çalışırlar”.

Deputat misal olaraq Şah İsmayıl Xətai ilə bağlı mübahisələri göstərib və bildirib ki, XVI əsrdə baş vermiş hadisələr müzakirə olunduğu halda, 2025-ci il dekabrın 28-də İran hakimiyyətinin özünün 3500 vətəndaşını öldürdüyünü etiraf etməsi yada salınmır. O vurğulayıb ki, bu gün müzakirə olunmalı aktual məsələ məhz İran rejiminin öz vətəndaşlarına qarşı həyata keçirdiyi zorakılıqdır.

Deputatın sözlərinə görə, kütləvi manipulyasiyanın yeni metodlarından biri də məhz budur və təəssüf ki, bizim ictimai auditoriyada da bu tələyə düşənlər olur.

“Sosial şəbəkələrdə bəzi yüksək ranqlı ictimai xadimlərin və özünü intellektual hesab edən vətəndaşlarımızın əsas müzakirə mövzusu artıq Güney Azərbaycan və Quzey Azərbaycan qarşıdurmasına çevrilib. Halbuki əsas məsələ fars imperializmi ilə Azərbaycan arasındakı qarşıdurma olmalıdır və Azərbaycan bütöv şəkildə fars şovinizminə qarşı dayanmalıdır.

İndi isə cənublu-quzeyli qarşıdurmasına sürüklənirik, özümüz özümüzlə savaşırıq və fars manipulyatorları bunu məharətlə bizim cəmiyyətə transfer edə biliblər”-deyə o bildirib.

Deputat hesab edir ki, Kırlıkovalının Vardanyan haqqında yazışması da məhz bu sxemi xatırladır.

Hikmət Babaoğlu vurğulayıb ki, informasiya müharibəsində ayıq-sayıqlığımızı itirməməliyik. Onun fikrincə, əks təqdirdə elə bir kütləvi ictimai rəy formalaşa bilər ki, bu rəy həm dövlət maraqlarımızın, həm də tarixi Zəfərimizin əleyhinə işləyər.

“Belə yazışmaların və yanaşmaların əsas məqsədi də məhz bundan ibarətdir” - deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Avqust 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri