Icma.az
close
up
RU
Hikmət Hacıyev: Mediamız Azərbaycanın yeni qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir

Hikmət Hacıyev: Mediamız Azərbaycanın yeni qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, Azərbaycanın yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir.

Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Milli Mətbuat Günü münasibətilə "X" hesabında yazıb.

O bildirib ki, bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır:

"Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see247

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see235

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see180

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see174

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see160

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see150

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see149

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see124

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri