Icma.az
close
up
RU
Hikmət Hacıyevdən yad ölkədə “doğmalara” vətənpərvərlik dərsi...

Hikmət Hacıyevdən yad ölkədə “doğmalara” vətənpərvərlik dərsi...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 “Həyatda ən çətin şey vətənə xəyanət etməkdir!”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyul tarixində Almaniya Federativ Respublikasına səfər edib. Səfər əsnasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə xaricdə yaşayan müxalifətçi Tural Sadıqlı arasında qısa dialoq yaşanıb.

Tural Sadıqlının sualına cavab olaraq, Azərbaycand peşəkar medianın mövcudluğuna diqqət çəkən Hikmət Hacıyev, daha sonra dövlətə xəyanət edən şəxslərlə bağlı fikirlərini dilə gətirib. Vətənə xəyanəti ən çətin, ən dəhşətli şey adlandıran Hikmət Hacıyev, bu cür şəxsləri bədbəxst hesab etdiyini, onlara yazığı gəldiyini söyləyib:

“Həyatda ən çətin şey vətənə xəyanət etmək, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara, səmimi deyirəm,  mənim yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin... Amma mən bunu bir bədbəxtçilik sayıram”.

Göründüyü kimi, Hikmət Hacıyev yad ölkədə “doğmalara” verdiyi vəyənpərvərlik dərsində vətənə xəyanət etməyi həyatda ən çətin şey adlandırıb. Çünki vətənə xəyanət insanın özünə, ruhuna, mənəvi dünyasına, bir sözlə,  öz mahiyyətinə xəyanət etməsi deməkdir. Çünki vətənə xəyanət etmək bütün müqəddəsliklərə arxa çevirmək, bütün ali mənəvi dəyərlərlə vidalaşmaqdır. Və nəhayət, vətənə xəyanət eləmək, insanın öz ruhunu sonsuza qədər cəhənnəmə məhkum etməsi, əbədi olaraq şərin, zülmətin səfində yer alması deməkdir. Vətənə xəyanət edənlərin ruhuna cənnət, dünyasına bahar yasaqdır.

Bu baxımdan, Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqunda səsləndirdiyi “həyatda ən çətin şey vətənə xəyanət etməkdir” ifadəsi bir ömrə, bir kitaba bərabət cümlə hesab edilə bilər. Və bu cümlə vətənə xəyanətin astanasında dayanan, vətənə münasibətdə müxalifətşilik edən hər kəs üçün həyəcan siqnalı olmalıdır.

Bəli, “həyatda ən çətin şey vətənə xəyanət etməkdir!”Və bu həqiqət yəqin ki, heç vaxt dəyişməyəcək...

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 İyul 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri