Icma.az
close
up
RU
Hikmət Rəhimovun 8 i təqdim olundu

Hikmət Rəhimovun 8 i təqdim olundu

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış aktyor, rejissor Hikmət Rəhimovun çəkdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialının ilk seriyasının premyerası baş tutub.

OLAY yazır ki, dramatik triller janrında olan layihə 12 seriyadan ibarətdir və 18+ yaş məhdudiyyəti ilə təqdim olunur.

Serialın prodüseri İslam Ağadır.

Ekran işində Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Allaz və Zülfiyyə Qurbanova rol alıblar. Peşəkar aktyor heyəti hekayənin dramaturgiyasını tamamlayan əsas amillərdən biri kimi qiymətləndirilir.

Premyera zamanı çıxış edən Hikmət Rəhimov serialın ideyasının şəxsi müşahidələrdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, “Səkkiz” müasir insanın sevgidən məhrum olması hissini mərkəzə alır:

“1986-cı ildə anadan olmuşam və bizim nəsil kifayət qədər çətin dövrdə böyüyüb. Çox vaxt həm cəmiyyət, həm də ailə tərəfindən sevgidən məhrum olmuşuq. Bu problem bu gün artıq qlobal xarakter alıb. Sevginin olmaması münaqişələrin, müharibələrin və bir çox digər problemlərin əsas səbəblərindən birinə çevrilir. Bir-birimizi eşitmək və nəyisə dəyişməyə çalışmaq çox vacibdir. Mənim canlandırdığım qəhrəman da sevgisiz böyüyüb”.

Serialın süjeti məktəbli qızının intiharından sonra baş qəhrəmanın həyatının alt-üst olması üzərində qurulub. Bu faciəvi hadisə onun gizli uşaqlıq travmalarını üzə çıxarır, yaşadığı ağrı isə tədricən qisas ehtirasına çevrilir. Qəhrəman qızının ölümündə günahkar bildiyi insanları bir-bir izləməyə başlayır. Keçmiş həyat yoldaşı, laqeyd tibb bacısı, məktəb direktoru və ona yaxın olan şəxslər bu yolun üzərində qarşısına çıxır. Cəmiyyətdə sakit və mehriban təsiri bağışlayan bu insanın daxilində isə getdikcə dərinləşən qaranlıq üzə çıxır.

Qeyd edək ki, “Səkkiz” serialı yaxın günlərdə ARB TV-nin efirində tamaşaçılara təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://olay.az
archiveBu xəbər 30 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri