Hikmət Rəhimovun serialına görə ARB nin yayımı 3 saat dayandırılacaq
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
“Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş verib və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Qeyd edək ki, tanınmış aktyor və rejissor Hikmət Rəhimovun quruluş verdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialı dramatik triller janrında çəkilir.
Bu mövzuda digər xəbərlər:Hikmət Rəhimovun yeni layihəsi
15 İyul 2025 16:33
ARB kanalının yayımı 3 saatlıq dayandırılacaq
13 Yanvar 2026 16:50
Hikmət Rəhimovun 8 i təqdim olundu
30 Dekabr 2025 17:39
ARB nin yayımı DAYANDIRILIR
13 Yanvar 2026 16:58
Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq
05 Fevral 2025 17:33
Baxış sayı:76
Bu xəbər 13 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















