Hikmət Rəhimovun serialına yenidən icazə verildi
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"Səkkiz" serialının yayımı bərpa olunub.
Ölkə.Az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov paylaşım edib.
“Şükür qayıtdı. Yayımı bərpa olundu.
Dövlət həm yaradıcı heyətə,həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan,həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk.
Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”, - deyə o əlavə edib.
"Səkkiz"in ikinci seriyası şənbə günü - yanvarın 24-ü saat 23:00-da yayımlanacaq.
Qeyd edək ki, "Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Birinci seriyası ARB-nin efirində yayımlandıqdan sonra serialının yayımı televiziyada və yutubda dayandırılıb.
Buna səbəb isə serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədilməsi olub. Audiovizual Şuran həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















