Himnimizin müəllifini tanımayan musiqi müəllimi vardı Nazir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Attestasiya imtahanında iştirak edən 107 müəllim komissiya üzvlərinin beşi tərəfindən də "0" balla qiymətləndirilib. Müəllim var ki, 36 saat dərs aparırı, amma göstəricisi "0"dır və illərdir ki, həmin müəllimlər 1000 manatdan çox maaş alırlar"
Modern.az xəbər verir ki, bunu "İncəsənət məktəblərində müəllim keyfiyyəti" adlı tədbir zamanı Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov qeyd edib.
Mədəniyyət naziri Adil Kərimli isə qeyd edib ki, attestasiya imtahanları keçirərkən əsas məqsəd müəllimləri yox etmək deyil, onların bilik səviyyəsini öyrənməkdir.
“Düşünürdük ki, Bakı və Sumqayıtda nəticələr daha yaxşı olacaq, amma reallıq fərqli oldu. Azərbaycan himninin müəllifini tanımayan musiqi müəllimi olmuşdu. Bu mənzərə acınacaqlıdır. Amma hansı müəllimlərlə biz işləyəcəyik və təlimlər keçirəcəyik, bunlar da məlumdur, biz onlarlı təlimlərə cəlb edəcəyik”, - deyə A.Kərimli bildirib.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov əlavə edib ki, təlimlər ən azı 2 ay davam edəcək və sınaq testi keçiriləcək. Göstəricilərdən sonra təlimlərin müddəti bir az da arta bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















