Icma.az
close
up
RU
Himnimizin yaradıcısı İllərdir yaddaşlarda yaşayan musiqi

Himnimizin yaradıcısı İllərdir yaddaşlarda yaşayan musiqi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa! - Əhməd Cavad

Bakı, 12 noyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqi mədəniyyətinin banisi deyil, həm də milli dövlətçiliyin musiqi simvollarının yaradıcısı kimi tarixə düşüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal sonra milli dövlət atributlarının – o cümlədən Dövlət Himninin yaradılması məsələsi gündəmə gəlib. Bu vəzifə xalqın milli ruhunu, azadlıq ideyasını və dövlətçilik şüurunu musiqi vasitəsilə ifadə edə biləcək bir sənətkarın üzərinə düşürdü. Bu baxımdan, himnin bəstələnməsi Üzeyir Hacıbəyliyə həvalə edilib. 1918-ci ildə bəstəkar Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazaraq, onu xalq musiqisinin melodik intonasiyalarına və Avropa himn janrının struktur prinsiplərinə əsaslandırıb. Əsərin musiqi dili parlaq, melodik cəhətdən yaddaqalan, ritmik baxımdan enerjili və bayram xarakterli idi. Bu himn milli azadlıq və müstəqillik ideyasının musiqidə ilk rəsmi təcəssümü idi və sonralar Azərbaycan musiqi tarixində vətənpərvərlik janrının başlanğıcı kimi dəyərləndirildi.

Bunu AZƏRTAC-a açıqlamasında musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva deyib.

O bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkə SSRİ-nin tərkibinə daxil edilib və milli himnin ifası qadağan olunub. Lakin Üzeyir Hacıbəyli musiqi yaradıcılığını yeni siyasi şəraitdə də davam etdirərək, 1930-cu ildə Azərbaycan SSR-in 10 illik yubileyi münasibətilə yeni himn üçün musiqi və mətn yazıb. Bu əsər ilk dəfə 1930-cu il aprelin 28-də bəstəkarın rəhbərliyi altında səsləndirilib.

1930-cu il himni janr etibarilə kantata xarakterinə malik idi: monumental quruluş, çoxsəsli xor fakturası, orkestr müşayiəti və vokal-orkestr dramatizmi onun musiqi məzmununu müəyyənləşdirirdi. Bu səbəbdən bəzi tədqiqatçılar həmin himni “Azərbaycan kantatası” adlandırırlar. Əsərdə Üzeyir bəy sovet ideoloji motivlərini ifadə etsə də, musiqi dilində milli intonasiya və melodik sabitliyi qorumuş, xalq musiqisinin səslənmə enerjisini simvolik şəkildə yaşadıb”, - deyə Aytən Baxşiyeva deyib.

“1944-cü ildə o, SSRİ-nin bütün İttifaq respublikalarında yeni himnlərin hazırlanması təşəbbüsü çərçivəsində Azərbaycan SSR-in yeni dövlət himnini tərtib edib. Bu himn Azərbaycan SSR-in dövlət simvolu kimi 1991-ci ilə qədər səsləndirilib. Əsər musiqi cəhətdən daha sabit, melodik baxımdan aydın və monumental xarakter daşıyırdı. Ü.Hacıbəyli burada müasir çoxsəslilik və milli melodizm arasında tarazlıq yaradıb, himni həm ideoloji, həm də estetik baxımdan yüksək səviyyəyə qaldırılıb.1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra, 1918-ci ildə bəstələnmiş ilk himn yenidən dövlət statusu alıb. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Üzeyir Hacıbəylinin milli irsinin bərpası və aktuallaşdırılması kimi qəbul edilib. Beləliklə, Hacıbəylinin himn yaradıcılığı Azərbaycan xalqının milli musiqi kimliyinin, dövlətçilik ruhunun və tarixi yaddaşının bədii ifadəsinə çevrilib”, - deyə o diqqətə çatdırıb.

Aytən Baxşiyevanın sözlərinə görə, Üzeyir Hacıbəylinin himn yaradıcılığı Azərbaycan musiqi tarixində milli-siyasi musiqi janrının formalaşmasının başlanğıcını qoyub. O, musiqi vasitəsilə xalqın azadlıq ideyasını və milli qürur hissini simvolik səviyyəyə yüksəldib. Hacıbəylinin hər üç himni – 1918-ci il Cümhuriyyət himni, 1930-cu il “Azərbaycan SSR-in 10 illiyi” kantatası və 1944-cü il Azərbaycan SSR himni – təkcə tarixi dövrlərin musiqi sənədi deyil, həm də Azərbaycan musiqi kimliyinin dövlət səviyyəsində təcəssüm formaları kimi dəyərləndirilir.

Üzeyir bəy Hacıbəylinin qələmə aldığı Azərbaycan Respublikasının Dövlət Himni müasir dövrdə də milli şüurun və vətənpərvərlik duyğularının təşəkkülündə mühüm rol oynayaraq ictimai qürur mənbəyi kimi səslənməkdədir. Onun sədası hər səsləndikdə milləti ayağa qalxmağa sövq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri