Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Milli Himnimizin dahi yaradıcısı

Milli Himnimizin dahi yaradıcısı

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzeyir Hacıbəylinin imzası təkcə Azərbaycan musiqi mədəniyyətinin banisi deyil, həm də milli dövlətçiliyin musiqi simvollarının yaradıcısı kimi tarixə həkk olunub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal sonra milli dövlət atributlarının - o cümlədən Dövlət Himninin yaradılması məsələsi gündəmə gəlmişdi. Bu vəzifə xalqın milli ruhunu, azadlıq ideyasını və dövlətçilik şüurunu musiqi vasitəsilə ifadə edə biləcək bir sənətkarın üzərinə düşürdü. Bu baxımdan, himnin bəstələnməsi Üzeyir Hacıbəyliyə həvalə edildi.

1918-ci ildə bəstəkar Azərbaycan Xalq Cümhuriyyətinin Himnini yazarkən xalq musiqisinin melodik intonasiyalarına və Avropa himn janrının struktur prinsiplərinə əsaslandı. Əsərin musiqi dili parlaq, melodik cəhətdən yaddaqalan, ritmik baxımdan enerjili və bayram xarakterlidir. Bu himn milli azadlıq və müstəqillik ideyasının musiqidə ilk rəsmi təcəssümü idi və sonralar Azərbaycan musiqi tarixində vətənpərvərlik janrının başlanğıcı kimi dəyərləndirildi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkə sovetləşdirildi və milli himnin ifası qadağan olundu. Lakin Üzeyir Hacıbəyli musiqi yaradıcılığını yeni siyasi şəraitdə də davam etdirərək 1930-cu ildə Azərbaycan SSR-in 10 illik yubileyi münasibətilə musiqisi və sözləri özünün olan yeni bir himn yazdı. Bu əsər ilk dəfə 1930-cu il aprelin 28-də bəstəkarın rəhbərliyi altında səsləndirildi.

1930-cu il himni janr etibarilə kantata xarakterinə malik idi: monumental quruluş, çoxsəsli xor fakturası, orkestr müşayiəti və vokal-orkestr dramatizmi onun musiqi məzmununu müəyyənləşdirirdi. Bu səbəbdən bəzi tədqiqatçılar həmin himni "Azərbaycan kantatası" adlandırırlar. Əsərdə Üzeyir bəy sovet ideoloji motivlərini ifadə etsə də, musiqi dilində milli intonasiya və melodik sabitliyi qorumuş, xalq musiqisinin səslənmə enerjisini simvolik şəkildə yaşatmışdı.

1944-cü ildə o, SSRİ-nin bütün İttifaq respublikalarında yeni himnlərin hazırlanması təşəbbüsü çərçivəsində Azərbaycan SSR-in yeni himnini yaratdı. Bu himn rəsmən 1991-ci ilə qədər səsləndirilib. Əsər musiqi cəhətdən daha sabit, melodik baxımdan aydın və monumental xarakter daşıyırdı. Ü.Hacıbəyli burada müasir çoxsəslilik və milli melodizm arasında tarazlıq yaratmış, himni həm ideoloji, həm də estetik baxımdan yüksək səviyyəyə qaldırmışdı.

1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra, 1918-ci ildə bəstələnmiş ilk himn yenidən dövlət statusu aldı. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Üzeyir Hacıbəyli irsinin növbəti milli təntənəsi və bir daha aktuallaşdırılması kimi qəbul edilir. Beləliklə, Üzeyir Hacıbəylinin himn yaradıcılığı Azərbaycan xalqının milli musiqi kimliyinin, dövlətçilik ruhunun və tarixi yaddaşının parlaq ifadəsinə çevrildi.

Üzeyir Hacıbəylinin himn yaradıcılığı Azərbaycan musiqi tarixində milli-siyasi musiqi janrının formalaşmasının başlanğıcını qoyub. O, musiqi vasitəsilə xalqın azadlıq ideyasını və milli qürur hissini simvolik səviyyəyə yüksəldib. Hacıbəylinin hər üç himni - 1918-ci il Cümhuriyyət himni, 1930-cu il "Azərbaycan SSR-in 10 illiyi" kantatası və 1944-cü il Azərbaycan SSR himni - təkcə tarixi dövrlərin musiqi sənədi deyil, həm də Azərbaycan musiqi kimliyinin dövlət səviyyəsində təcəssüm formaları kimi dəyərləndirilir.

Üzeyir bəy Hacıbəylinin qələmə aldığı Azərbaycan Respublikasının Dövlət Himni müasir dövrdə də milli şüurun və vətənpərvərlik duyğularının təşəkkülündə mühüm rol oynayaraq ictimai qürur mənbəyi kimi səslənməkdədir.

Aytən BAXŞİYEVA
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri