Hindistan BRICSin vahid valyuta layihəsindən imtina etdi
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın Mərkəzi Bankının rəhbəri Şaktikanta Das "Bloomberg"ə bildirib ki, ölkəsi vahid BRICS valyutası yaratmaq niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, Dasın sözlərinə görə, təşkilat üçün vahid valyutanın yaradılması ideyası blokun üzvlərindən biri tərəfindən irəli sürülüb.
"Heç bir qərar verilməyib. Coğrafi cəhətdən bağlı avrozonadan fərqli olaraq, biz ölkələrin coğrafi heterojenliyini də yadda saxlamalıyıq", deyə Hindistan Mərkəzi Bankının qubernatoru bildirib.
Das vurğulayıb ki, Hindistan hazırda baş nazir Narendra Modinin siyasətinin bir hissəsi olaraq transsərhəd ödənişlərdə rupinin istifadəsini artırmağa çalışır.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl deyib ki, BRICS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% rüsum tətbiq edəcək. Daha sonra Cənubi Afrika Xarici İşlər Nazirliyinin nümayəndəsi Kleyson Monaila X sosial şəbəkəsində ABŞ-ın seçilmiş prezidentini tarif təhdidlərini şərh edərkən qeyd edib ki, BRICS ölkələri vahid valyuta yaratmağı planlaşdırmır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Dekabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















