Icma.az
close
up
RU
Trampın ABŞ dollarını qorumaq üçün ünvanladığı təhdid, BRICSin vahid valyuta arzusunu ertələyəcək

Trampın ABŞ dollarını qorumaq üçün ünvanladığı təhdid, BRICSin vahid valyuta arzusunu ertələyəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl Amerikanın yeni seçilən prezidenti Donald Tramp bildirib ki, Çin və Rusiyanın dəstəklədiyi inkişaf etməkdə olan iqtisadiyyatlar qrupu BRICS-in bir hissəsi olan ölkələrdən onun administrasiyası zamanı yeni valyuta yaratmamaq və ya 100% tariflərlə üzləşmək öhdəliyini tələb edəcək: “BRICS ölkələrinin dollardan uzaqlaşmağa çalışdığı ideyası, biz dayanıb seyr etdik. Biz bu ölkələrdən öhdəlik tələb edirik ki, onlar nə yeni BRICS valyutasını yaratmayacaqlar, nə də güclü ABŞ dollarını əvəz etmək üçün başqa valyutaları dəstəkləməyəcəklər. Əks halda 100% vergilərlə üzləşəcəklər”.

Politoloq Əli Həziquliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Tramp yeni bir məsələni gündəmə gətirmir və Trampın dediyi kimi, ABŞ bugünəcən əlini qolunu sallayıb seyr etmir. Politoloqun fikrincə, “Ərəb baharı”nın özü belə avro-dollar savaşının meydana gətirdiyi “demokratik” faciələr idi.

Əli Həziquliyev

“Xatırlayırsınızsa, o zaman Qəddafi Liviya neftini avroya satacağını bəyan etmişdi. Bundan sonra baş verənlər hər kəsin gözü önündə baş verdiyindən təfərrüatlara varmıram. İndi həmin regiondakı neft-qaz ölkələrində baş verənlərin hamısı Trampın açıq mətnlə BRICS ölkələrini etdiyi təhdidin tərkib hissələridir”-deyə Əli Həziquliyev qeyd edib.

Politoloq bildirib ki, bugün Rusiya-Ukrayna müharibəsinin kökündə birbaşa dayanan məsələlərdən biri məhz avronun bir sıra bazarlarda dollara yaratdığı təhdidlərdir: “Müharibədən sonra Rusiyaya sanksiyalar tətbiq edildi və 150 milyonluq Rusiya bazarı Avropanın əlindən çıxdı. Yəni, sanksiyalarla, Rusiya banklarının Beynəlxalq Banklararası Hesablaşma Sistemindən – SWIFT-dən çıxarılmasıyla Avropa və Rusiya arasında bütün sahələrdə ticarətin qarşısı alındı ki, bu da özlüyündə avronun dollar üzərindəki basqısını dayandırdı”.

Əli Həziquliyev qeyd edib ki, eyni zamanda Rusiyanın bir sıra Avropa dövlətlərinə avroyla satdığı enerji daşıyıcıları artıq ya satılmır, ya da minumuma endirilib. Əvəzində həmin resurslar həmin dövlətlərə 2-ci və 3-cü dövlətlər vasitəsilə dollara satılır ki, bu da dolları birjalarda və qara bazarda əvəzolunmaz valyutaya çevirir.

BRICS dövlətləri üçün politoloq bildirib ki, onların bu gün ortaya atdıqları öz valyutalarını yaratmaq ideyasının yaxın zamanlarda baş tuta bilməsi inandırıcı deyil.

“Fikrimcə bu fikrin Tramp tərəfindən indi qabardılması daha çox Rusiya-Ukrayna münaqişəsinin həllində istifadə olunacaq razılaşma detallarından biri olacaq. Ola bilər ki, bu məsələ açıq masada müzakirə olunmasın. Rusiya münaqişəyə ABŞ-nın töhvə verəcəyi təqdirdə, BRICS vahid valyuta yaratmaq ideyasını ertələyə bilər”.

Politoloq hesab edir ki, əgər həqiqətən də, BRICS-in vahid valyuta ideyası reallaşarsa, bu iqtisadi sferada zəncirvari reaksiyalara səbəb ola bilər: “Ardınca Türk dövlətləri təşkilatının, Ərəb dövlətlərinin və Afrika qitəsindəki bir sıra “qohum” dövlətlərin vahid iqtisadiyyat qurmalarına, vahid valyuta yaratmalarına təkan verə bilər ki, bu da özlüyündə nəinki ABŞ iqtisadiyyatını kökündən çökdürər, eyni zamanda dünyada formalaşmış və rabitələşmiş iqtisadi nizamı məhvə aparar”.

“Bu gün Tramp bunun fərqindədir və narahatlığı əsassız deyil”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri