Hindistan və Banqladeşdən gələn turistlər vasitəsilə müalicəsi olmayan Nipah virusu ölkəmizə daxil ola bilər
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, yoluxma heyvanların ifrazat materiallarının qida məhsulları ilə təması nəticəsində baş verir.
İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev
“Artıq bir müddətdir ki, Nipah virusunun həm Banqladeşdə, həm də Hindistanda yayılması ilə bağlı məlumatlar mövcuddur. Bu xəstəliyin əsas daşıyıcıları meyvə yarasalarıdır. Eyni zamanda donuzlar da virusun daşıyıcısı ola bilirlər.
Yoluxma, bu heyvanların ifrazat materiallarının qida məhsulları ilə təması nəticəsində baş verir. Gigiyena qaydalarına əməl edilmədikdə və bu cür qidalar birbaşa istifadə edildikdə, insan virusla yoluxa bilər.
Xəstəlik çox vaxt asimptomatik və ya yüngül tənəffüs yolu, qripəbənzər əlamətlərlə keçir. Lakin bəzi hallarda ağırlaşaraq kəskin tənəffüs çatışmazlığına, hətta daha ölümcül formada ensefalitə (beyin iltihabına) qədər irəliləyə bilər. Bu cür hallarda xəstəlikdə ölüm nisbəti təxminən 70 faizə qədər yüksəlir.
Təəssüf ki, bu xəstəliyə qarşı nə müalicə, nə də peyvənd yoxdur. Azərbaycanda meyvə yarasaları olmadığı üçün virus endemik deyil. Lakin qloballaşma və artan turizm əlaqələri səbəbindən, Hindistan və Banqladeşdən gələn turistlər vasitəsilə virus ölkəmizə daxil ola bilər. İnkubasiya dövrü 4-14 gün arasında dəyişir, bəzən uzana da bilər. Bu əlamətlər müşahidə edildikdə, xüsusilə həmin regionlara səfər etmiş və ya oradan qayıtmış şəxslərə ciddi diqqət yetirilməlidir. Belə hallar baş verdikdə dərhal həkimə müraciət etmək vacibdir.
Əsas simptomlara yüksək hərarət, halsızlıq, baş ağrısı və yüngül qrip əlamətləri daxildir. Lakin xəstəlik sonradan ağırlaşaraq tənəffüs çatışmazlığına keçə və daha çox atipik pnevmoniya formasında özünü göstərir”, -deyə Vasif Əliyev vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















