Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Hindistan və Çin müharibəyə hazırlaşır? Böyük sərmayə

Hindistan və Çin müharibəyə hazırlaşır? Böyük sərmayə

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistan və Çin Himalay dağlarında yerləşən ortaq sərhədlərinin ucqar dağlıq bölgələrində nəqliyyat və hərbi infrastrukturun inkişafına böyük vəsaitlər yatırırlar.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, 2020-ci ildə sərhəddə baş vermiş toqquşmalar Hindistan üçün bu istiqamətdə narahatedici bir zəifliyi üzə çıxarıb:

"Çin onilliklər ərzində sərhədyanı regionları boyunca geniş dəmir yolu və avtomobil yolları şəbəkəsi qurduğu halda, Hindistan Himalaylardakı öz sərhəd bölgələrinin müdafiəsi üçün lazım olan infrastrukturu demək olar ki, inşa etməmişdi.

2020-ci ildə sərhəd toqquşmaları baş verdikdə, hər iki tərəfdən məhdud itkilər qeydə alınsa da, Çin bir neçə saat ərzində operativ şəkildə əlavə qüvvələr göndərə bilirdi. Hindistana isə bölgəyə əlavə qüvvələr çatdırmaq üçün bir həftə lazım olurdu.

Pis vəziyyətdə olan dağ yollarına görə Hindistanın bəzi yüksək dağlıq əraziləri qışın sərt hava şəraitində həftələrlə təcrid vəziyyətində qalırdı. İndi isə Yeni Dehli bu səhvi düzəltməyə çalışır. Ən iddialı layihələrdən biri Hindistanın şimalında, təxminən 3,5 kilometr yüksəklikdə dağlardan keçən Zodjila tunelidir. Dəyəri 750 milyon dollardan çox olan bu layihə üzərində işlər 2020-ci il toqquşmalarından bir neçə ay sonra başlanıb".

“Uzunluğu 15 kilometr olan tunelin iki il ərzində tamamlanması planlaşdırılır. Bu tunel güclü qar yağışları səbəbindən ilin yarısında ölkənin qalan hissəsindən təcrid olunan Ladax dağlıq bölgəsindəki sərhəd postlarına logistik çıxışı asanlaşdıracaq”, - bunu Hindistanın Şimal Komandanlığının keçmiş komandanı, general-leytenant Dipendra Sinqx Huda bildirib.

VSJ-nin yazdığına görə, Hindistan və Çin sərhədində mübahisəli ərazilərdən biri Panqonq Tso gölüdür. Bu ərazidə uzun illər ərzində Hindistan və Çin qoşunları arasında toqquşmalar baş verib. 2020-ci il hadisələrindən sonra hər iki tərəf bu gölə aparan yollarda və digər infrastruktur obyektlərində daha fəal tikinti işlərinə başlayıb:

“Keçən il Çin gölün şimal və cənub sahillərini birləşdirən körpünün tikintisini başa çatdırıb ki, bu da qoşunlara gölü dolanmadan birbaşa keçməyə imkan verir. Hindistan da buna cavab olaraq öz forpostlarını genişləndirib, sahilboyu və yaxınlıqdakı bazalarda yolları modernləşdirib.

Hindistan həmçinin 30-dan çox helikopter meydançası inşa edib və sərhəd boyunca bir neçə uçuş-enmə zolağını yeniləyib və ya yeni zolaqlar çəkib.

Son illərdə Çin sərhədə qoşun göndərməklə və vaxtaşırı qarşıdurmalar yaratmaqla getdikcə daha çox özünəinam nümayiş etdirir.

Müstəqil analitiklərin fikrincə, Hindistanın infrastruktur səyləri mübahisəli sərhəd əraziləri uğrunda münaqişə ehtimalını daha da artırır. 2020-ci ildəki toqquşma qismən Çinin Hindistanın sərhədə yaxın yeni yol tikintisini dayandırmaq istəyi ilə bağlı olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Dekabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri